Şairə-esseist Gülnarə Acalova 1967-ci ildə Gürcüstan Respublikasının Borçalı mahalında doğulub. Bolnisi rayon mərkəzində orta məktəbi, Tiflisdə isə A.S.Puşkin adına Dövlət Pedaqoji İnstitutun filologiya fakültəsini bitirəndən sonra ailə vəziyyəti ilə bağlı Rusiyanın Belqorod şəhərində yaşayır.
Gülnarə xanımın “Nar Çiçəyi” imzasıyla həm Azərbaycan, həm də rus dillərində yazdığı şeir, hekayə və esseləri müxtəlif ölkələrdə, o cümlədən respublikamızda vaxtaşırı işıq üzü görməkdədir. Otuz iki ildən bəri məskunlaşdığı Belqorod şəhərindəki Azərbaycan icmasının ən fəal üzvlərindən biri və iki övlad anasıdır. Böyük oğlu Rauf proqrqmçı və iqtisadçı ixtisasları ilə iki ali məktəbin məzunudur. Hal-hazırda Belqorod şəhərindəki banklardan birində məsul vəzifə sahibidir. Xanım yazar doğma Vətənimizlə də qırılmaz tellərlə bağlıdır,- həkim oğlu Rəşad Bakıda yaşayır və ixtisası üzrə nüfuzlu tibb müəssisələrindən birində həkim işləyir. Gülnarə xanım AYB Mingəçevir bölməsində təmsil olunan yerli yazarlarımızla da əməkdaşlıq edir.
İstərdim ki, onun təqdim etdiyim yazılarını “YAZARLAR.AZ” – da dərc etməklə, qürbət ölkədə yaşayıb-yaradan Gülnarə xanıma uğurlar arzulayaq!
Hörmət və ehtiramla: İsmayıl İmanzadə -AYB Mingəçevir bölməsinin sədri
===================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ