ingilis dili

Zaur USTAC (زائـــور اوستاج)

  Zaur Ustac 8 yanvar, 1975-ci ildə Bakı şəhərində anadan olmuş, ilk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. AJB-nin  üzvü  olan  Zaur Ustac  “QIZIL QƏLƏM” mükafatı laueratı, «Yazarlar» jurnalının təsisçisi və baş redaktoru, 2019-cu ildən Prezident Təqaüdçüsüdür. Zaur Ustac «GÜNAYDIN“ («AĞÇİÇƏYİM”), “İSTƏMƏZDİM ŞAİR OLUM HƏLƏ MƏN”, “GÜLZAR”, “ŞEHÇİÇƏYİM”, “MƏHDUD HƏYDTIN MƏCHUL DÜŞÜNCƏLƏRİ”, “MUM KİMİ YUMŞALANDA”, “BAYATILAR”, “BALÇİÇƏYİM”, “BƏRZƏXDƏ”, “GÜLÜNÜN ŞEİRLƏRİ” “SEVİN Kİ, SEVİLƏSİZ…”, “QƏLBİMİN  AÇIQCASI”, “USTADNAMƏ”, “NİŞANGAH”, “ÇƏHRAYI  KİTAB” ,  “ZİMİSTAN”, “ÜLYAHƏZRƏT” yaradıcılığının “30” illiyi yubiley tədbirləri çərçivəsində nəşr olunmuş “OTUZ İLDİR, ƏLDƏ QƏLƏM”,  “45” kimi şeirlər kitablarının, “Əliş və Anna”  poemasının (Poema görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin  anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmışdır.) “USUBCAN  ƏFSANƏSİ”, “YARADANLA BAŞ-BAŞA”, “QƏLƏMDAR”adlı  məqalə  toplularının,  “GÜLLÜNÜN  ŞEİRLƏRİ” adlı  məktəbəhazırlıq qurupları üçün metodik vəsaitin, “39 WEEKS” (“39 HƏFTƏ”) Ümumtəhsil məktəblərinin- liseylərin III sinif şagirdləri, eyni zamanda ingilis dilini yeni öyrənənlər üçün xüsusi proqramın və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ ORİYENTİR ULDUZU” kitabının müəllifidir.

İDARƏÇİLİYİNDƏ OLAN SAYTLAR:

WWW.USTAC.AZ

WWW.YAZARLAR.AZ      

 

HAQQINDA  OLAN  KİTABLAR:

1. Hacıxanım AİDA    “ÖMRÜN ANLARI ”  Bakı – 2018. PDF: HXA-OMURAN
2.Hacıxanım AİDA    “OTUZ ŞEİR, OTUZ FİKİR ”  Bakı – 2018. PDF: HXA-OTUZFİKİR     

3. Gülü “ZAUR  USTAC”        Bakı – 2020. PDF:
4.Qələndər Xaçınçaylı “TACLI  ŞAİR”   Bakı – 2020. PDF:

 USTAC.AZ  

 

=========================================================

 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

 

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

                                                Əlaqə:

Tel: (+994) 70-390-39-93        E-mail:   zauryazar@mail.ru