zaur ustac k

SÖZ   YARADICILIĞI  –  “EYİN”, “EYNİMƏ”

“Eyin”, “eynimə gəldi”, “eynimə düşdü”, “eynim açılmır” və s. əlbəttə bu siyahını kifayət qədər uzatmaq da olar. Sadəcə olaraq buna elə də ciddi bir lüzum görmədik.  Bu qəbildən olan söz və ya söz birləşmələri  haqqında zaman-zaman yeri gəldikcə söhbət açırıq. Onu qeyd edim ki, şeir yazılan zaman şəxsən mən bu tip ifadələri qeyri-iradi işlədirəm. Sonradan oxucu müzakirəsinə səbəb olanda, qələm dostları irad tutanda və ya sadəcə filan sözü işlətmisən onun anlamı nədir? O sözü başqa sözlə əvəz etmək olmazmı?  və s.  Haqlı suallar yarandıqdan sonra bax belə yazıları yazmağa ehtiyac yaranır. İlk öncə onu qeyd edim ki, yuxarıda göstərilən ifadəni əgər səhv etmirəmsə bu günə qədər mən iki yerdə (iki şeirdə) işlətmişəm. Birinci dəfə  Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə yazılmış “Şəhid Haqqı” şeirində:

Hər bir gedən  şəhidin haqqı var boynumuzda,

Onlara borclu olan bir can var qoynumuzda,

Gərəkdir, sırğa ola; qulaqda, eynimizdə,

Əgər biz unutsaq da, dövran bunu unutmaz…

Bu yara hey su verər, zaman onu qurutmaz…

İkinci dəfə isə şəxsən mənim komandirim olmuş Şəhid Polkovnik İlqar Mirzəyevə ithaf olunmuş   “Torpaq bizi gözləyir” şeirində:

Yenə də görüşə gəlmişəm, qardaş!
Olmadı sonadək ayağım yoldaş…
Qurudu qoynumda əllərim bardaş…
“Hazırdı məzarlar”, – eyindən keçir…
Yanına gələn yol çiyindən keçir…

“eynimizdə”, “eyindən” yazılışda gördüyünüz bu fərq sadəcə saitin düşmə hadisəsinə görə belə alınır. 

Bütün bunlardan əlavə məndən əvvəl də bu ifadələri çox işlədiblər. Və yəqin ki, dilimiz yaşadıqca da işlədəcəklər.

Məsələn nümunələrə müraciət edək:

Nabina eynimə nəzər eyləyib,
Duyuram, ahəstə ağlama, Bəsdi.
Çarəsiz dərdimə çarə olmadı,
Yas tutub qaralar bağlama, Bəsdi.

Aşıq Alı

ikinci  nümunə:

Qar gəlməmiş dava gəldi,
Bu qış yaman yava gəldi.
Eynimə bir hava gəldi,
Çalmağa sazım olmadı.

Əli-Ağa Aslan

 

üçüncü  nümunə:

… Eynimə gəldi ki, pis nəsə var bu işin əmmaməsində.

Azər Xanlarov (http://pia.az/sehv-181555-xeber.html)

dördüncü nümunə:

Ürəyimə damır, eynimə gəlir,
Taleyin üzünə güləcək, Vətən!
Hər kəsə məlumdur şanlı tarixin,
Daha xoş olacaq gələcək, Vətən!

Xatirə Rəhimbəyli (https://525.az/site/?name=xeber&news_id=136175#gsc.tab=0)

Məncə bu qədər misal kifayətdir. Gələk əsas məsələnin üstünə.

Oxuculara və dostlara cavab:

Həmişəki kimi ilk öncə onu qeyd edim ki, fikir tam subyektivdir. Və təbii ki, razılaşmayanlar və ya başqa cür düşünənlər ola bilər. Hamının düşüncəsinə və fikrinə (FİKİR) hörmətlə yanaşırıq. Bütün bu aşağıda yazacaqlarım da bir düşüncə məhsuludur. Və məncə belədir.  Əsasən suallar belədir ki, “eyin nə sözdür?”, “hardan gəlir?”,”köhnə sözdür?”, “ara sözüdür?”,”şivədir?”, “ləhcədir?” və s. Əlbəttə elə də yayğın işlənən söz deyil. Birinci baxaq görək, ümumiyytlə indi heç söhbət edib, söz dinləyən varmı? – əlbəttə varsa da çox az müəyyən məhdud dairələrdə belə mühit ola bilsin ki, var. Ancaq, bələ məhdud çərçivələrə əsasən fikir yürütmək nə dərəcədə doğrudur, onun özü sual altındadır.

Məncə, burada çətin və mürəkkəb heç nə yoxdur. “EYİN” sözü sadəcə olaraq “BEYİN”  sözündə “B” hərfinin düşməsi “…EYİN” nəticəsində  yaranmışdır.

İZAHI:

Günümüzdə də belə ifadələr ya işlədir, ya da eşidirik: “BEYNİMƏ  GƏLDİ”, “BEYNİMƏ YAMAN  DÜŞÜB”,   “BEYNİM  HEÇ  AÇILMIR”,  “BU HEÇ  MƏNİM BEYNİMƏ  DƏ GƏLMƏZDİ” və s. Bu ifadələrin hamısında “B” hərfini atıb, “EYNİMƏ  GƏLDİ”, “EYNİMƏ YAMAN  DÜŞÜB”,   “EYNİM  HEÇ  AÇILMIR”,  “BU HEÇ  MƏNİM EYNİMƏ  DƏ GƏLMƏZDİ” və s. kimi işlətdikdə nə məzmun, nə də mənaca heç nə dəyişmir. Eşitdikdə və ya oxuduqda bu ifadələr hər iki formada bizə bir-birindən heç  fərqlənməyən tamamilə eyni məlumatı ötürür. Düşünürəm ki, sadəcə olaraq danışıqda və yazıda  “EYİN” – dən istifadə etmək “BEYİN”-ə nisbətən daha uyumlu və diləyatımlıdır.

Söhbət, müzakirə açıq olaraq qalır fikirləriniz həmişə bizim üçün maraqlı və dəyərlidir.

YZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ