ilqar mirzoyev pf

ŞƏHİD  POLKOVNİK  İLQAR  MİRZƏYEV  HAQQINDA  MƏLUMAT

İlqar  Mirzəyev   – İlqar Anzor oğlu Mirzəyev  8 may 1973,  Qardabani , Gürcüstan SSR   — 14 iyul 2020, Tovuz rayonu, Azərbayca — Azərbaycan Silahlı Qüvvələri – Azərbaycan Ordusunun polkovniki,[Tovuz döyüşləri-2020-ci il iyulunda Tovuz istiqamətində olan döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Həyatı 
İlqar  Mirzəyev   1973-cü il, mayın 8-də Qardabani şəhərində anadan olub. 1980-ci ildə elə həmin şəhərin orta məktəbinə daxil olmuş, 1990-cı ildə bitirmişdir. 1991-ci ildə ”’Heydər Əliyev adına Ali Hərbi Məktəbə”’ qəbul olmuşdur. İlqar Mirzəyev ailəli idi; 1 oğlu və 1 qızı yadigar qaldı.

ilqar mirzoyev f

Hərbi xidməti 
İlqar  Mirzəyev Azərbaycan Silahlı Qüvvələri]]nin polkovniki idi. O, 1995-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi|Heyder Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirdikdən sonra Leytenant rütbəsi ilə xidmətə başlamışdır. 2003-2005- ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında ixtisası üzrə təhsilini təkmilləşdirmişdir.

Fərqli-fərqli illərdə Bakı, Gəncə, Naxçıvan, Beyləqan, Goranboy və Şəmkirdə hərbi xidmətdə olmuşdur. 2016-cı ildə Aprel döyüşləri zamanı göstərdiyi şücaət və qəhrəmanlığa görə, “Vətənə Xidmətə görə” II və III dərəcəli medalı ilə təltif olunmuşdur.

2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyi yubiley medalı ilə təltif olunmuş və Polkovnik-Leytenant rütbəsindən Polkovnik rütbəsinə yüksəlmişdir. 2019-cu il 23 fevral tarixində 3-cü Ordu korpusunun Artilleriya rəisi təyin olmuşdur.

x

Azərbaycan Silahlı Qüvvələrinin Polkovniki  İlqar  Mirzəyev  14 iyul 2020-ci il, Tovuz istiqamətində olan döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. İyulun 15-də İlqar Mirzəyev, Bakı şəhərində, İkinci Fəxri Xiyabanda son mənzilə yola salınmış və uğrunda şəhid olduğu torpağa tapşırılmışdır. Sadəcə ailə üzvləri və yaxınları üçün olan vida mərasimində müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin Sadıqov, Bakı şəhərinin icra başçısı Eldar Əzizov da iştirak etmişdir

İlqar  Mirzəyev in  dəfn  mərasimi (II Fəxri Xiyaban – Yeni Massiv):

 

Xatirəsi
Polkovnikin şəhid olmasından bir ay sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi Təbriz Soltanlı tərəfindən barelyefi hazırlanıb.

YZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ