news_1565

Iyunun 23-də Filologiya fakültəsində elmi-pedaqoji təcrübələrini uğurla başa vurmuş II kurs magistrantlarının magistr dissertasiyasının növbəti müdafiəsi keçirildi. Mövcud vəziyyətin tələblərinə uyğun olaraq müdafiə onlayn formada Zoom proqramı vasitəsilə aparıldı.
Müdafiədə Filologiya fakültəsinin dekanı, dosent, Sevinc Həmzəyeva, Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov, kafedra müdirləri və elmi rəhbərlər iştirak etdilər. Müdafiəyə qonaq qismində xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı və prezident təqaüdçüsü, şair Əşrəf Veysəlli də dəvət olunmuşdu. Müəyyən səbəblərdən müdafiəyə qoşula bilməyən Sabir Rüstəmxanlı öncədən zəng edib dəvət üçün təşəkkürünü bildirmiş, magistrantlara uğurlar diləmiş, universitet rəhbərliyinə təşəbbüs və diqqət üçün minnətdarlıq etmişdi. Müdafiənin digər qonağı şair Əşrəf Veysəlli isə sonadək onlayn izləmədə iştirak etdi.
İlk olaraq fakültənin dekanı dosent Sevinc Həmzəyeva koronavirus (COVID-19) pandemiyasının yaratdığı mövcud vəziyyətə uyğun olaraq universitetdə, eləcə də Filologiya fakültəsində tədrisin məsafədən onlayn formada təşkil edildiyini söylədi və bunun üçün universitet rəhbərliyi tərəfindən bütün texniki imkanların yaradıldığını bildirdi. Hal-hazırda bakalavr və magistr səviyyəsində davam edən imtahan sessiyası ilə bağlı tələbələrin xeyrinə bir sıra mühüm qərarlar verildiyini söyləyən Sevinc xanım buna görə universitetin rektoru Elxan Hüseynova xüsusi minnətdarlığını bildirdi, onun hər zaman tələbə və müəllimlərə qarşı qayğı və diqqətini vurğuladı. Müdafiə edən gənclərə uğurlar arzulayandan sonra söz müzakirəni aparmaq üçün müdafiənin sədri Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru Rafiq Əliyevə verildi.
Müdafiədə Azərbaycan ədəbiyyatı ixtisasından M-914 saylı qrupun magistrantları Nağızadə Səkinə Elmar qızı, Abdullayev Müğdət Cabbar oğlu və Şəbizadə Vüsal Əli oğlunun işləri müzakirəyə çıxarıldı.
Magistrant Vüsal Şəbizadə “Sabir Rüstəmxanlının publisistikası” adlı elmi işini təqdim etdi, Azərbaycan ədəbiyyatı və publisistikasının görkəmli nümayəndəsi Sabir Rüstəmxanlının ümumi yaradıcılığı fonunda publisistik yaradıcılığı tədqiqatı, problemlər fonunda isə araşdırmaları barədə məlumat verdi.
Digər magistrant səkinə Nağzadə “Əşrəf Veysəllinin poeziyası” adlı elmi işi barədə çıxış edərək şair Əşrəf Veysəllinin yaradıcılıq yolunun ilk dəfə olaraq sistemli şəkildə təhlil olunduğunu vurğuladı. Tədqiqat işində həmçinin müəllifin poeziyası mövzu-mündəricə və ideya-problem baxımdan araşdırılması, ədəbi mövqeyi də diqqət çəkdi.
Sonda Müğdət Abdullayev “Nizami Gəncəvi yaradıcılığında atəşpərəstliyin izləri” adlı dissertasiya işi barədə məlumat verdi.
Hər üç magistr işi müdafiəyə tələblərə uyğun şəkildə təqdim etdi.
Müdafiə işi ilə bağlı komissiya üzvləri öz fikirlərini bildirdilər və dissertasiya işlərinin aktuallığından söz açdılar.
Qonaq qismində iştirak edən şair Əşrəf Veysəlli də sonda söz alaraq müdafiədən razı qaldığını bildirdi, magistratura səviyyəsini bitirən gəncləri təbrik etdi, belə yüksək biliyə sahib olan gənclərin gələcəkdə ixtisaslı kadr kimi çalışmalarını arzuladı.
Gənclər çıxışlarında rektor professor Elxan Hüseynova, fakültə dekanı Sevinc Həmzəyevaya və müəllimlərinə təhsil aldıqları müddətdə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər və burada əldə etdikləri bilik və təcrübənin onların gələcək fəaliyyətlərində mühüm rol oynayacağına əminliklərini ifadə etdilər.

 

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ