Qayğılar çoxalır, yaşamaq çətin,
Arzunu arzuya calamaq gərək.
Əlindən yapışıb daş qətiyyətin,
Ürəyə od vurub, qalamaq gərək.
Bir kimsəni, yurdun dərdi əzməsin,
Vətəndən, obadan əlin üzməsin,
Kimsə də, qürbətdə altun gəzməsin,
Yurdun qara daşın, yalamaq gərək.
Adam var,ədası göylərə çatar,
Tikan olar, məsum gözlərə batar,
Şöhrət bazarında qeyrətin satar,
Beləsini sancmaq, dalamaq gərək.
Vətəndir, anadır insanın varı,
Ailə baş tacı, övlad vüqarı,
Mayıl,yeməkdənsə, namusu,arı,
Kəndiri boğaza dolamaq gərək.
Müəllif: Mayıl Dostu
YAZARLAR.AZ
====================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ