ULS

YARALI   ARZULAR

Eşqin toxumunu qəlbimə səpib,
Vüsalın adına çiçək əkmişəm.
“Kaşkilər” dilimi qucaqlamasın,
Səbrimin başına sığal çəkmişəm.

Ümid yollarına boylanır gözüm,
Arzunun saçını darayanım yox.
Duyğu bağçasında küləklər əsir,
Halımı axtarıb, arayanım yox.

Tenhalıq nəğməsi üşüdür məni,
Həsrətim bəxtimlə qolboyun olub.
Yaralı arzular sağalmır sənsız,
Bir ömür ömrümün gözləri dolub.

Hər səhər sənsizlik döyür qapımı,
Vüsalın əlləri donur havada.
Misralar islanır varaqlar üstdə,
Ayrılıq yağışı yağır havadan.

Müəllif: Ülkər Nicatlı


YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ