16024826

MUSTAFA   ÇƏMƏNLİ   HAQQINDA

Mustafayev Mustafa Şura oğlu (Mustafa Çəmənli) – nasir, publisist, Əməkdar mədəniyyət işçisi (2019), 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1979).

HƏYATI

Mustafa Çəmənli 1947-ci il sentyabrın 10-da Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. İlk təhsilini doğma kəndində, daha sonra Mingəçevir şəhər məktəbində almışdır. Əmək fəaliyyətinə Mingəçevir maşın hissələri təmiri zavodunda qəlibçi kimi başlamışdır (1966-1970). Bakıda “Kot” nəşriyyatında çapçı köməkçisi, “Paris Kommunası adına gəmi təmiri zavodu”nda qəlibçi olmuşdur (1970-1972). ADU-nun jurnalistika fakültəsində təhsil almışdır (1972-1977). Təyinatla göndərildiyi “Yazıçı” nəşriyyatında redaktor, böyük redaktor, klassik ədəbiyyat və folklor redaksiyasının müdiri (1978-1988), nəşriyyatın nəsr redaksiyasının müdiri vəzifələrində işləmişdir (1988-1992). “Gənclik” nəşriyyatında baş redaktor vəzifəsində çalışmışdır (1992-2006). Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. İlk hekayəsi “Ləpirlər” 1973-cü ildə “Mingəçevir işıqları” qəzetində çap olunmuşdur. Povest hekayə və radiopyeslər qələmə almışdır. “Layla” (1985) pyessenarisi klublara, xalq teatrlarına göndərilmişdir. Milli musiqi ifaçılığı sənətinin təbliğinə görə mətbuat fondunun “Dan ulduzu” (1993) mükafatına, ön cəbhədə çıxışlarına və hərbi vətənpərvərlik ruhlu məqalələrinə görə Yazıçılar Birliyinin diplomuna (1993), “Xallı Gürzə” tarixi romanına görə “Yaddaş” milli mükafatına, Milli Mədəniyyəti Təbliği Mərkəzinin “Uğur-2008”, “Ölüm mələyi” tarixi romanına görə Azərbaycan Republikası Mədəniyyət və Turizim Nazirliyinin “Qızıl Kəlmə” ədəbi mükafatına layiq görülmüşdür.

ƏSƏRLƏRİ

  1. Mənim dünyamın adamları (hekayələr). Bakı: Yazıçı, 1982, 115 səh.
  2. İtirilmiş səs (povest və hekayələr). Bakı: Yazıçı, 1985, 152 səh.
  3. Şövkət Ələkbərova. Bakı: İşıq, 1989, 108 səh.
  4. Xallı gürzə (tarixi roman). Bakı: Yazıçı, 1991, Gənclik, 2001-310 səh., 2006, “Vektor”, 358 səh. «Kitab Klub», 2016, 392 səh.
  5. Səs qərib olmur. Bakı: Şərq-Qərb nəşriyyatı, 1993, 216 səh.
  6. Fred Asif (sənədli roman). Bakı: Gənclik, 1996, Təhsil, 2010, 216 səh.
  7. Nəğməli xatirələr (xatirə povest). Bakı: Gənclik, 1997, EL, 2007, 184 səh.
  8. Muğam dünyasının Xanı (xatirələr). Bakı: Gənclik, 2001, 272 səh.
  9. Burdan bir atlı keçdi (bədii publistika). Bakı: Gənclik, 2002, 2014, 214 səh.
  10. Səsin ruhu (Səxavət Məmmədov haqqında). Bakı: Gənclik, 2003, 288 səh.
  11. Oxu, gözəl (Şövkət Ələkbərova haqqında). Bakı: Nağıl Evi, 2005, 226 səh.
  12. Mən olmayanda dostum ol (bədii publistika). Bakı: Gənclik, 2005, 360 səh.
  13. Sənətkar ömrünün izləri (bədii publistika). Bakı: Adıloğlu, 2006, 128 səh.
  14. Ruhların üsyanı (povestlər, hekayələr, esselər, müsahibələr). Bakı: Adıloğlu, 2007, 320 səh.
  15. “Leyli və Məcnun” -100 il səhnədə (Sənədli bədii ensiklopediya). Bakı: “El” nəşriyyatı, 2008, 432 səh.
  16. Çahargah (Uşaqlar üçün hekayə). Bakı: Beşik, 2009, 34 səh.
  17. Şəmsəddin Eldəniz (Uşaqlar üçün hekayə). Bakı: Beşik, 2009, 34 səh.
  18. Məcnunun Məcnunu (bədii publistika). Bakı: Təhsil, 2010, 256 səh.
  19. Mübariz (povest). Bakı: “Təhsil”, 2010, 96 səh., 2016
  20. Ölüm mələyi (tarixi roman). Bakı: “MHS”, 2012, 296 səh.
  21. Yaddaşlarda yaşamaq haqqı (sənədli povest və xatirələr). Bakı: Təhsil, 2012, 208 səh.
  22. Sənət hekayələri. Bakı: “Aspoliqraf”, 2014, 568 səh.
  23. Üçyaşlı əsir (povest və hekayələr). Bakı: “Elm və Təhsil”, 2016, 240 səh.
  24. Səhnəmizin ağ çiçəyi. Bakı, «Aspoliqraf», 2017, 192 səh.
  25. Əhməd Ağdamski. Bakı, «Şərq-Qərb», 2017, 168 səh.
  26. Xan Şuşinski. Bakı, «Şərq-Qərb», 2017, 168 səh.
  27. Şövkət Ələkbərova. Bakı, «Şərq-Qərb», 2017, 160 səh.
  28. Əbülfət Əliyev. Bakı, «Şərq-Qərb», 2017, 160 səh.
  29. Ürəyimdən kimlər keçdi (xatirələr). Bakı, «Xan», 2017, 280 səh.
  30. Mütəllim Mütəllimov. Bakı, «Şərq-Qərb», 2017, 128 səh.
  31. Yaqub Məmmədəv. Bakı, «Şərq-Qərb», 2017, 120 səh.

Heydər Əliyev Fondunun aşağıdakı “Azərbaycan Respublikasının Xalq artistləri” albom kitablarının müəllifidir:

  1. “Arif Babayev -70”
  2. “Habil Əliyev -80”
  3. “Əlibaba Məmmədov -80”
  4. “Ğanəli Əkbərov -70”
  5. “Ağaxan Abdullayev -60”

TƏRTİB  ETDİYİ  KİTABLAR

  1. Söz həmişə diridir (Sənət adamlarının sözü və əməli haqqında). Bakı: Yazıçı, 1993, 176 səh.
  2. Cənub həsrəti (Şeirlər). Bakı, Təhsil, 2009, 88 səh.
  3. Talvar (Povest və hekayələr). Bakı, Təhsil, 2009, 112 səh.
  4. Hekayələr (C.Məmmədquluzadənin və Əbdülrəhim bəy Haqverdiyevin əsərləri). Bakı, Təhsil, 2009, 52 səh.
  5. Hüseyin Cavid. Dram əsərləri. Bakı, Təhsil, 2012, 496 səh.
  6. Xurşidbanu Natəvan. Neçin gəlməz (Tərtib və ön söz). Bakı, Təhsil, 2012, 160 səh.
  7. Nizami Gəncəvi. Lirika (Tərtib və ön söz). Bakı, Təhsil, 2012, 200 səh.
  8. Nəbi Xəzri. Seçilmiş əsərləri. Bakı, Təhsil, 2014, 424 səh.
  9. Hüseyn Arif. Seçilmiş əsərləri. Bakı, Təhsil, 2014, 400 səh.
  10. Nəriman Süleymanov. Ruhlar çağırır. Bakı, Təhsil, 2015, 830 səh.
  11. Nəriman Süleymanov. Dünyanın çəkisi. Bakı, «Təhsil», 2017, 464 səh.
  12. Nəriman Süleymanov. Ana quşun yuxusu (tərtib və ön söz). Bakı, «Təhsil», 2017, 240 səh.
  13. Sənsiz səninlə. (tərtib və ön söz). Xatirələr. Bakı, «Təhsil», 2018, 392 səh.

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ