AFƏT XƏLİLOVA – MÜRŞÜDQIZI HAQQINDA
Tanınmış şair və respublikamızın qabaqcıl təhsil işçilərindən AFƏT XƏLİLOVA – MÜRŞÜDQIZI 26 iyul 1962-ci ildə Mingəçevir şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 14 mart 1992 – ci ildən Bakı şəhəri Nizami rayonu 201 N:-li məktəbdə Azərbaycan dili, Ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlamış, müxtəlif dövürlərdə məktəbin rəhbər heyyətində çalışmışdır. AFƏT XƏLİLOVA – MÜRŞÜDQIZI pedaqoji fəaliyyətlə yanaşı ədəbi yaradıcılıqla da məşğuldur. O “Bənövşəm” adlı seçmə şeirlər kitabının müəllifidir. Bütün bunlardan əlavə AFƏT XƏLİLOVA – MÜRŞÜDQIZI DİM-in, Təhsil Nazirliyinin müxtəlif tədbirlərində və eləcə də məktəbin gündəlik həyatında ictimai fəaliyyəti ilə seçilir. Onun yaradıcılığı və pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş müxtəlif mükafatlarla təltif olunmuşdur. AFƏT XƏLİLOVA – MÜRŞÜDQIZI hal-hazırda Bakı şəhəri Nizami rayonu 201 N:-li məktəbdə Azərbaycan dili, Ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyət göstərir və ədəbi yaradıcılıqla məşğuldur. O Müstəqil Yazarlar Konfederasiyasının (MYK) üzvü və sədrlərindən biridir.
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Müəllif: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru