ŞƏLALƏ CAMALIN YAZILARI

YENƏ…

Yenə bir az dağınığam,
Açılmayıb səhərim
Toz dumana sığınmışam
Dilim, ağzım zəhərdi…
Xəbərin də gəlmir heç
Ölmüsənmi, qalmısanmı
Mənsə sənin yasını
Sən gedəndən saxlayıram.
Bircə dəfə səsin gələ
Çox demirəm….
Qoxunu külək gətirə
Qoxuna həsrət qalmışam…
Bəs sən necə?
Ağlından da keçmirəm?
Yadına da salmırsan?
Axı niyə?
Xoşbəxtliyi uçurumun kənarına aparmısan…
Bir də gördün mən olmadım
Sənə can deyən olmadı…
Neyləyəsən?
Gün – güzəranım da yoxdu ki,
Çıxıb gedəm o dünyaya…
Vallah macal da tapmıram darıxmağın əlindən
Əzrayıl da gəlmək bilmir…
Allah da almır canımı
Nə gözləyir?
Bəlkə Allahın da yazığı gəlir mənə?
O da mənimlə birgə
Sənin yolunu gözləyir…
Nə bilmək olar?
Həyatdır da…

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer, AYB-nin üzvü.

ŞƏLALƏ CAMALIN YAZILARI

MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru