AZƏRBAYCAN ŞAİRLƏRİ

BALAYAR SADİQ VƏ ÜLKƏR NİCATLI “ŞƏHİD ƏTRİ” ADLI YENİ KİTAB TƏQDİM EDİBLƏR

Bu gün AYB-nin “Natəvan” klubunda Balayar Sadiq və Ülkər Nicatlının şeirlərinin yer aldığı “Şəhid ətri” adlı şeirlər kitibanın təqdimatı keçirilib. Tədbirin gedişində eyni zamnda gənc sair Ülkər Nicatlının “Gülümsə, Qadın” adlı şeirlər kitabı da oxuculara təqdim olunub.Təqdimatı giriş sözü ilə AYB-nin katibi Elçin Hüseynbəyli açdı və kitabın ərsəyə gəlməsində əməyi olanlara ugurlar arzuladı.

Sonra sözü tədbirə aparıcılıq edəcək AYB və AJB- nin üzvü, Prezident mükafatçısı, Beynəlxalq Rəsul Rza mükafatı laureatı, ”Yurd”jurnalının baş redaktoru Balayar Sadiqə verdi.

Tədbirdə respublikamızın müxtəlif rayonlarından gəlmiş poeziya həvəskarları , Ülkər xanımın dil ədəbiyyat müəllimi Lənkəranın Şürük kəndindən gəlmiş Gülarə müəllimə, sevimli sairimiz Baba Vəziroglu, mügənni Manaf Agayev, şairlərdən Faiq Balabəyli, Qəşəm Nəcəfzadə, Fəxrəddin Teyyub, Vasif Süleymanov, Mehman Göytəpəli, Fazil Atəş, Ədalət Əroglu, Vüsal Ağa, Şəhid bacısı Maya xanım, Sevil Gül Nur(Yardımlı), Aysel Səfərli, Əli Əlibəyli (Neftçala), Muxtar Kətimzadə, Ziyafət Əsgərov, Rəfiqə İsaq, Arzu Heydərova, Nəcibə İlkin,” Yurd” jurnalının əməkdaşları və digər ziyalılarımız ürək sözlərini söyləyərək müəllifə və redaktora ugurlar diləmişlər. Rəssam Natiq Nəcəfzadə Ülkər xanımın portretini ona hədiyyə etmişdir.

Sonda “Yazarlar”jurnalı adından klassik irsimizin təbliğində fəal iştirakına görə şair Balayar Sadiqə “Nizami Gəncəvi” diplomu və Ülkər Nicatlıya isə “Ziyadar” Mükafatı təqdim olundu.

Tədbir iştirakçıları səmimi keçən ədəbi məclisdən xoş təəssüratlarla ayrıldıqlarını bir daha vurğulayaraq, xatirə şəkilləri çəkdirdirdilər:

Müəllif: NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVA

AJB -nin üzvü,”Yazarlar”jurnalının əməkdaşı,”Bizim Qala”jurnalının redaktoru, ”Qürur”bədii Yaradıcılıq Mərkəzi nəzdində ”Xarıbülbül” əbəbi məclisinin sədri.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru