LEYLİ NOVRUZOVANIN YAZILARI

BABA
Səhər açılmır ki, açılmır baba,
Ürək də yorulub, dözməyir daha.
Günahım nə idi, düşdüm bəlaya,
Açılmır səhərim, açılmır baba.
* * *
Bizim də bağçada gül-çiçək açar,
Sevincdən dostlarda gülər, əl çalar.
Bir ağac əkərəm o, çiçək açar,
Açılmır güllərim, açılmır baba.
* * *
Bir bəlaya düşdüm, uzanır ömrü,
Tükənir, qəlbimin tükənir sözü.
Körpə Kənanım da dikib gözünü,
Onunda ürəyi açılmır baba.
* * *
Açıl, ey dünyanın səadət yolu,
Qaytar keçmişimə sevinclə dolu.
Pisləri bu yoldan uzaq et barı,
Qoy açılsın səhər, açılsın baba.

TUFAN
Yaxşılara yaman demə, amandır,
Yaman günə qalıb tamam, yanaşan.
Yaxşıların haqqın yemə, amandır,
Tufan səni qışa atar, donarsan.
* * *
Yaxşılara böhtan atıb, demə pis,
Daxilində olsun saf, həm təmiz hiss.
Daşları dəlməsə hər bir kəlməniz,
Tufan səni qışa atar, donarsan.
* * *
Zalımdan yapışıb, ədalət demə,
Mərdi qova-qova namərd eyləmə.
Xainə, satqına tərif söyləmə,
Tufan səni qışa atar, donarsan.
* * *
Yandırsalar, yana-yana ağlama,
Sağlığını göz yaşınla yoğurma.
Ölüm ayağında Allah çağırma,
Tufan səni qışa atar, donarsan.

SƏN
Ürəyindən ağrı keçir,
Gözlərindən qəm su içir.
Əcəl məni həmən seçir,
Saralanda, solanda sən.
* * *
Fikir məni alıb gedir,
İçimi də bir hiss didir.
Kimdir sənə pislik edir?
Saralanda, solanda sən.
* * *
Gözlərinin rəngi solur,
Saçlarımı bir əl yolur.
İşgəncələr məndən sorur,
Saralanda, solanda sən.
* * *
Qəmli-qəmli belə baxma,
Sən Allah gəl, məni sıxma.
Vallah ollam loxma-loxma,
Saralanda, solanda sən.
* * *
Həsrət qallam sevinməyə,
Al qırmızı geyinməyə.
Sözüm qalmaz öyünməyə,
Saralanda, solanda sən.

ƏHSƏN
Sizlərə tövsiyyəm əziz dostlarım,
Yaxşılıq gəlməsə əllərimizdən.
Pislikdə etməyin pissən deyənə,
Qoy desin hər deyən sizlərə əhsən.
* * *
Yenə güvəncini itirmə heç vaxt ,
Yüzlərlə dostundan əlin üzülsə.
Dostluğa sadiq ol, həmişə ürəkdən
Hər anın qüssəylə, kədərlə keçsə,
* * *
Hər kiçik təpəyə güvənsəz əgər,
O dərin ürəyin açarı ilə.
Çatmasa gücünüz təpəciklərə,
İnansaz dağ olar o təpəcikdə.
* * *
Sabahlar yetəcək köməyinizə,
Etsəniz kiməsə sizdə yaxşılıq.
Etsədə sizlərə kimsə nadanlıq,
Verin siz onlara yenə halallıq.
* * *
Soyuq qarşılasa kimsə hər zaman,
Pisliyə verməyin siz heç bir aman.
Allahın duası üstündə hər an,
Köməyi olacaq, Allaha inam.

TƏLƏSDİM
Zirvə-zirvə seyr elədim dostları,
Söhbəti-sözləri bol insanları.
Ömrün cavan ya da ahıl çağında,
Ayrılmarıq, yanındayıq hər anında,
Bu dostlara dost deməyə tələsdim.
* * *
Dost oldum, bu yolu xeyli izlədim,
Dostları ucaltdım, dostun gözündə.
Dost yalan söylədi, hər bir sözündə,
Dostluğu anladım onda özümdə,
Bu dostlara dost deməyə tələsdim.
* * *
Var olanda hər an olar yanında,
Xoş keçəcək hə zamanın bax onda.
Hər sözü şirindir, baldır, şəkərdir,
Bax onda dostları baxıb ələndir,
Bu dostlara dost deməyə tələsdim.
* * *
Leyliyəm, açılan sabaha doğru,
Yolumu azmadım, ah da almadım.
Dost kimi dost oldum, amma ki, amma,
Dostum deyər mən dostlara aldandım,
Bu dostlara dost deməyə tələsdim.
* * *
Bu cür insanların budur vərdişi,
Elə ki, düşəcək sənə bir işi.
Verdiyin çörəyi kəsməsə dişi,
Qaçıb getmək olur vallahi işi,
Bu dostlara dost deməyə tələsdim.
* * *
Varın olsa hər an dostlar yanında,
Danışacaq dostlar sənə yalan da.
Cibini dost bilən bəzi dostlar da,
Qoyub qacacaqlar cib boş olanda,
Bu dostlara dost deməyə tələsdim.
* * *
Ələnmədi nə dəymişim, nə kalım,
Dostlarıma dost deməyə aldandım.
Dost deyəndə dost sözünü anmadım,
Üzümə gülənə dostumsan dedim.
Kimlə çörək kəsdim, mən heç bilmədim,
Bu dostlara dost deməyə tələsdik.

AMANSIZ DEMƏYİN
Amansız deməyin bu gündən qışa,
Amansız bir virus çıxıb savaşa.
Alıb bu dünyanı çıxıbdı başa,
İnsanlar qalıbdı onla baş-başa.
* * *
Ay Allah kömək ol bu insanlara,
Boğulub dərmansız qalan canlara.
Kəsilmiş ağaclar qalıb bir yanda,
Virus insanlardan ocaq qaladıb.
* * *
Amansız həyatdır, amansız zaman,
Vermir insanlara yenə də aman,
Tanrım, haqqın-haqq yolunda durmuşuq,
Yaratdığın bəndələrin olmuşuq.
* * *
Qoyma vaxtsız sönsün insan ocağı,
Tanrım qoru bu bəladan dünyanı,
Qoy silinsin insanların göz yaşı,
Qoy qurtarsın bu virusun sovası.
* * *
Gecəni gündüzə çevirən Tanrı,
Bağlı qoymaz, açılar qapıları,
Bircə rəhm et, bağışla insanları,
Yox et, gələn ölümlü virusları.

YENƏ DÖZÜRSƏN
Bilmirəm, ay ürək, necə dözürsən?
Dil aç, söylə görək, necə edirsən?
Hər gələn zülməti yox eləyirsən…
Calışırsan, gecə-gündüz dözürsən,
Dağmısan, daşmısan, yenə dözürsən?!
* * *
Vallahi, mən sənə əhsən deyirəm,
Belə güc-qüvvədə təksən deyirəm,
Sənə güvənirəm, ümüd edirəm…
Baxmırsan gözündə qana, dözürsən,
Dağmısan, daşmısan, yenə dözürsən?!
* * *
Geçələr didirlər yuxular səni,
Gündüz də narahat qoyurlar səni,
Qara fikirlər də yorurlar səni…
Gətirirlər səni cana, dözürsən,
Dağmısan, daşmısan, yenə dözürsən?!
* * *
Ay ürək, heç kəsdən ümüd gözləmə,
Kənardan, nakəsdən ümüd istəmə,
İnanma sən məndən başqa heç kimə…
Hər dərdimə yana-yana dözürsən!

ƏZABLAR TÜKƏNMİR
Həyat bizi yaman çəkir sınağa,
Ya biz qalib gələcəyik, ya həyat….
Narahatam, əzablarım çoxalır,
Sevinc tapılmır, olum mən rahat…
* * *
İlahi, arzular bitmək bilməyir,
Gedib hədəfinə yetmək bilməyir…
Ələyimdə tərsinə un ələyir,
Pisliklər içində qurur toy-busat…
* * *
Sinəmin üstündə tonqal qalanıb,
Dərdimin üstünə dərdim calanıb…
Ürəyim yandıqca ruhum talanıb,
Sızlayan ürəyim olubdu çat-çat…

YAXŞILIQ
Yolunu gözləyir sonunda hamı,
Cavab yığır sənin donuna hamı…
Əzəldən çəkinir odundan hamı,
İnsanlar məhv olar sönsə, yaxşılıq!
* * *
Yaxşılar əvəzin verdilər sənin,
Yaxşı yollarını gördülər sənin…
Özündən də ibrət aldılar sənin,
Yaxşının həyatı sənsən, yaxşılıq!
* * *
Tərifli sözlərdən tükənməyəsən,
Layiqli gözlərdən heç itməyəsən…
Arzumdu bizlərdən çəkinməyəsən,
Qorxaram tərsinə dönsən, yaxşılıq!
* * *
Hamıya bir gözlə baxsan xoş olar,
Yaxşılıq qabına yaxşılıq dolar…
Qurusan, yox olsan ümüdlər solar,
İnsan həyatında, önsən, yaxşılıq!
* * *
Pisə yaxşı donu biçdin hər zaman,
Mən keçən yolları keçdin hər zaman…
Ömrümdə yaxşını seçdim hər zaman,
Şükür ki, pislərdən gensən, yaxşılıq!

DÜNYA
Dünya, sənin sonun varmı?
Bir əbədi qanun varmı?
Haqq deyilən yolun varmı?
Göz yaşıyla doldun dünya!
* * *
Sevinclisən, kədərllisən,
Cəsarətli, hünərlisən…
Belə gəldi gedərlisən,
Nadana gül oldun, dünya!
* * *
Sol gözündə, üfunətdir,
Bu gerçəkdir, həqiqətdir…
Səndə niyə hər şey cürdür?
Təki tezcə, uddun dünya!
* * *
Bir üzün qış, biri yazdır,
Bilmirəm, bu nə avazdır…
Namərdlərin kefi sazdır,
Mərdə hiylə qurdun, dünya!

FƏLƏK
Vətən bülbül idi, dağları qəfəs,
Dardaydı o vaxtdan, almırdı nəfəs.
Xarıbülbülüdə görmürdü heç kəs,
Vətən boğulurdu, almırdı nəfəs.
* * *
Qəm çəkib ağladı, dağı-daşıda,
Qanadsız quş idi, vətənim mənim.
Heç gəlmədi düşmən dinə, imana,
Fələk imza atdı haqsız fərmana.
* * *
Hər ərənlər yenə hücum çəkdilər,
Vətən üçün səfərbərlik etdilər.
O, murdarın al qanını tökdülər,
Vətənimə yeni həyat verdilər.
* * *
Düşməni vətəndən yaman qovdular,
Oxla murdarların gözün ovdular.
Namussuzlar, papaq qoyub qaçdılar,
Tülkü kimi, kolluqda gizləndilər.

QARA QÜVVƏLƏR
Pozdu sakitliyi qara qüvvələr,
Gecənin sükutun yenə pozdula!
Atəşkəsi o, vəhşilər pozdular!
Vicdansızlar, yenə yolu azdllar!
* * *
Gəncəni müsibət, dumanlar aldı,
Bu gecə körpələr, qana doyandı.
Yatanlarda o dəhşətə oyandı,
Aman Allah, bu nə zülüm, zamandır?
* * *
Atəşkəs deyən, bax Indi dinlə!
Düşmən gedir indi, sənin izinlə!
Yatmış körpələrə, endirdi zərbə!
Ulu Tanrı verəcək, bəlanı gözlə…
* * *
Millətim yuxudan səsə oyandı,
Gecə zülmətində, ana naləsi…
Hıcqıran körpənin, atanın səsi,
Dəhşətə gətirdi, Allah, hər kəsi.
* * *
Gecə zülmətində o, körpələrin,
Ümüd qığılcımı qaldı gözündə.
Atanın göz yaşı dondu gözündə,
Körpə gözü qaldı, ana gözündə,
Tapşırdı canın ananın dizində….
* * *
Günahkar düşmənin yenə zülmünə,
Tuş oldu, günahsız yatan körpələr.
O, qansız kafirlər etdi, gör nələr!?
Yatmış əhaliyə zülüm etdilər,
Günahsız körpələr şəhid getdilər….

Müəllif: LEYLİ NUR NOVRUZOVA

LEYLİ NUR NOVRUZOVANIN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru