XƏQANİ RZAQULİYEV

Dövrümüzün qızılbaşı, məkanın Cənnət olsun

Azərbaycan xalqı, Kolanı eli özünün ən igid, vətənpərvər və bilikli övladlarından birini itirdi. Xaqani müəllim Rzaquliyev onu tanıyanların yaddaşında həmişə mərd, sözü ilə əməli bir olan şəxsiyyət, əsl insan və həqiqi alim kimi qalacaq.

I Qarabağ müharibəsində erməni helikopterini avtomat silahla vurub yerə salmış, ən şiddətli üzbəüz döyüşlərdə iştirak etmiş, ağır yaralanıb qazi olmuş Xaqani müəllim Azərbaycan tarixinin ən gözəl bilicilərindən idi.

O, Ulu Şahımız İsmayılı dərin məhəbbətlə sevir, həmişə Azərbaycanın dövlətçilik tarixini təbliğ edirdi.

Allah rəhmət eləsin, ruhu şad olsun.

ARAZ ŞƏHRİLİ


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru