Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Jurnalistlər Birliyinin üzvü, şair-publisist, filologiya üzrə fəlsəfə doktoru, muğam irsimizin tədqiqatçısı Gülhüseyn Kazımlı beynəlxalq mükafata layiq görülüb.

Tədqiqatçı-alim Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Türk dünyası ədəbiyyatına xidmət” beynəlxalq mükafatı ilə təltif edilib. Mükafat bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda professor Elçin İsgəndərzadə və dr. Özkan Hüseyin tərəfindən laureata təqdim olunub.

Qısa arayış: Gülhüseyn Kazımlı 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. O, “Vətən sevgisi” (1978), “Yollarda ömür” (1981), “Mənə inan” (1983), “İnsanın dərki” (1995), “Ümid yeri” (2003), “Heydər Əliyevin yadigarları” (2004) və “Seçilmiş əsərləri” (2010) kitablarının müəllifidir.

Şeirlərinə Azərbaycanın məşhur bəstəkarlarından Şəfiqə Axundova, Azər Rzayev, Oqtay Rəcəbov, Tofiq Babayev, Əfsər Cavanşirov, Nəriman Məmmədov və digərləri tərəfindən 30-dan çox mahnılar bəstələnib. “Vətən sevgisi”, “Qadın əlləri”, “Məhəbbət”, “Əsgər yuxuları” kimi mahnılar bu qəbildəndir. Onun mahnılarını məşhur müğənnilər Baba Mirzəyev, Zaur Rzayev, Flora Kərimova, Eldar Axundov, Oqtay Ağayev, Eyvaz Həsənov, Səkinə İsmayılova kimi müğənnilər ifa ediblər.

Gülhüseyn müəllimi təbrik edir, yeni-yeni nailiyyətlər arzu edirik!

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru