RƏHİMƏXANIM RZABALA QIZI MƏMMƏDZADƏ

Yeni ilin ilk ayında “Mütərcim” nəşriyyatı pedaqoji ictimaiyyətinə pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universitetinin müəllimi Rəhiməxanım Rzabala qızı Məmmədzadənin “Müasir dövrdə Qərbi Avropada məktəbin inkişafı” adlı dərs vəsaitini təqdim etdi.

         Dərs vəsaitinin elmi redaktoru pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Abbas oğlu Rüstəmovrəyçiləri pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim Akif Nurağa oğlu Abbasov və  pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim İntiqam Hilal oğlu Cəbrayılovdur.

           Dərs vəsaiti iki fəsildən ibarətdir. Müəllif “XX əsrin II yarısı, XXI əsrin əvvəllərində Qərbi Avropada təhsil” adlanan birinci fəsildə təhsil-tərbiyənin problemləri və prioritetləri; məktəb sistemləri ümumtəhsil məktəbləri üçün müəllim kadrları hazırlığı təhsil-tərbiyə ilə bağlı məktəb təcrübələri; təhsil-tərbiyə sahəsində islahatlar kimi məsələləri diqqət mərkəzinə gətirir.

           Dərs vəsaitinin növbəti fəsli “Müasir dövrdə Qərbi Avropada məktəb təhsilinin təşkilinin forma və metodları” adlanır. Bu fəsildə nəzərdən keçirilən məsələlər bunlardır: təhsilin inkişaf yolları haqqında müxtəlif fikirlər; əsas didaktik konsepsiyalar; təhsili səmərəliliyinin göstəriciləri; tədris proqramlarının təkmilləşdirilməsi; tədris proqramlarının növləri; proqramların dəyişdirilməsinin əsas yolları; təhsil və təlimin diferensiallaşdırılması.

            Dərs vəsaiti pedaqogika tarixi üzrə məşğələlərdə faydalanmaq üçün hazırlanmışdır.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru