RZAQULİYEV FÜZULİ ƏDƏB OĞLU

TƏBRİK: RZAQULİYEV FÜZULİ ƏDƏB OĞLU — 61 Yayımladı: www.Fedai.az

     İnsan ücün ən yadda qalan günlərin başlıcası onun həyata gəldiyi gündür. Ömrə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. 5 yanvar Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri  Rzaquliyev Füzuli Ədəb oğlunun dünyaya göz açdığı  gündür. Bu gün münasibətilə AVMVİB Rəhbərliyi (İdarə heyəti), Fədai.az və Veteran.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev Füzuli müəllimi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm  can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən naliyətlər arzulayır.

    Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

     2-ci qrup müharibə əlili Rzaquliyev Füzuli Ədəb oğlu  5 yanvar  1961-ci ildə  Ağdərə rayonunun Xatınbəyli kəndində anadan olub.

      O, 1976-ci ildə Ağdərə rayonunun Xatunbəyli kəndində səkkiznici sinifi, 1978-ci ildə Ağdərə rayonunun Manikli kənd orta məktəbini, 1986-cı ildə isə Azərbaycan Dövlət Pedoqoji  İnstitutunun Hərbi Hazırlıq və Bədən Tərbiyəsi fakultəsini bitirib.

     Füzuli Rzaquliyev 1980-1982-cı illərdə Sovet ordusunda müdddətli həqiqi hərbi xidmətdə olub.

    O, 1986 -1989- cu illərdə  Qarabağda  hərbi (rəhbər) müəllim, 1989-1991-  cı ilərdə isə  Bakı Kommersiya Texnikomunda  müəllim işləyib. Milli Ordunun yaranmasında iştirak etmiş az saylı zabitlərimizdəndi. 1991-1994-cü illərdə Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən N saylı hərbi hissədə tabor komandirinin birinci müavini — qərargah rəsi vəzifəsində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir. O, Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ona və tabora  həvalə edilmiş  vəzifə və tapşırıqların öhdəsindən layiqincə  gəlmişdir. Bundan əlavə Füzuli Rzaquliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən   döyüşlərdə ağır yaralanmışdır.

      O, döyüşdə ağır yaralansa da son atəşkəs günə qədər Ordu sıralarını tərk etməmişdir. Erkəş, Mənəş, Buzluq, daha sonra Daşaltı yaşayış məntəqələri,  Şuşa,  Kəlbəcər, Laçın, Ağdərə rayonları istiqamətində  gədən döyüşlərdə özünü  bacarıqlı  bir komandir kimi göstərmişdir. Göstərdiyi çox saylı şücaətlərə görə Füzuli Rzaquliyevə   döyüş dostları  «Koroğlu»   ləqəbi  vermişdilər.

     O, Azərbaycan Ordusunudan tərxis edildikdən sonra  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaradıcılarından biri kimi Birliyin rəhbərliyində təmsil olunmuş, işlədiyi müddətdə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə  müvafiq Nizamnamələrin, təlimatların,  əsasnamə  və əmrlərin  yerinə yetirilməsinə məsuliyyətlə yanaşıdığna görə bir çox medallarla, döş nişanları ilə, fəxri fərmanlarla təltif edilib və ona təşəkkür elan edilib.

     Füzuli Rzaquliyev doğulduğu və yaşadığı kəndin, 1-ci və 2-ci Vətən müharibəsində iştirak etmiş  döyüşcülərin,  xeyir və şərində yaxından iştirak edən bir ziyalıdır. O, ictimaiyyət, dost-tanış  arasında, işlədiyi və xidmət etdiyi kollektivdə böyük hörmət  qazanmışdır. Dostluqda möhkəm və sadiq insandır. Onunla dostluq edən hər bir şəxs ondan narazı qalmayıb. Füzuli müəlim qohum və dostcanlı bir şəxsdir. O hamı ilə maraqlanır, onların problemlərinin həllində onlara köməklik etməyə çalışır. Qohum-əqraba, dost -tanış, müharibə iştirakçıları arasında böyük hörməti var. Onların xeyir və şər işlərində yaxından iştirak edərək öz məsləhətlərini verir. Məhz bu xüsusiyyətə görə hər kəs,  müharibə görmüş döyüşçülər, şəhid ailələri  onu çox sevirlər və ona dərin rəğbətlə yanaşırlar.

    Füzuli müəllim idarəetmə qabiliyyətinə və böyük söz ehtiyatına malik olan bir vətənpərvər, zəhmətkeş  insandır. O istənilən adamla  söhbət edən zaman mənalı fikirlər və müdrik kəlamlardan sitat gətirərək, qarşısındakı  həmsöhbətini  təəccübləndirməyi bacararır.

     Onunla  söhbət edən hər bir  kəs,  Füzuli Rzaquliyevin necə sadə, necə alicənab, təvazökar və dünyagörüşlü bir ziyalı olduğunu o dəqiqə anlayır, ona böyük hörmət və ehtiramla yanaşır .

     Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yarandığı gündən AVMVİB-nin sıralarındadır və hazırda AVMVİB-nin sədridir. Füzuli müəllim  əsil vətənpərvər, cəmiyyət, dövlətçi,   mehriban, səmimi, savadlı şəxsiyyət kimi tanınan  insanpərvər  vətəndaşdır.

       Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni işğalından təmizlənməsi uğrunda 2020-ci ilin sentyabr ayının 27-dən başlayan müzəffər ordumuzun rəşadətiylə qırx  dörd günlük qələbəmizlə başa vurmasında Füzuli Rzaquliyevin də xidmətləri var. Onun sonadək döyüş bölgələrində olması, daimi döyüşçülərimizin yanında olması, onları döyüşə ruhlandırması və oğlu baş leytenant İlkin Füzuli oğlu Rzaquliyevin işğal altında olan rayonlarmızın azad olunmasnda göstərdiyi qəhramanlıq və şücaət bir əsil vətənpərvərlik nümunəsidir.

      Füzuli müəllim  qorxmaz, isanpərvər, səxavətli, əliaçıq və zəhmətkeş zabitdir və yaxşı ailə başçısıdır. O, işlədiyi və xidmət etdiyi  kollektiv, dost- tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, FÜZULİ MÜƏLLİM!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Dərin hörmətlə, AVMVİB Rəhbərliyi (İdarə həyəti), Azərbaycan Vətən Müharibəsi Vetiranlari İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

İlkin mənbə: fedai.az


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru