Mövlud AĞAMMƏD – şair, pedaqoq.

QARABAĞIN DƏRDİNİ GÖRDÜK ÖZ GÖZÜMÜZLƏ
Bu torpaqdan anadan olmamış qovulmuşuq,
Anamızın dərd dolu südüylə yoğrulmuşuq,
Gəlib çatdı vədəmiz, gör necə oğulmuşuq.
İz açdıq cığırlarda öz köhnə izimizlə,
Qarabağın dərdini gördük öz gözümüzlə.
* * *
Qarabağ Azərbaycan, söylədi Baş Komandan,
Səsinə səs verdilər, keçdi igidlər candan,
Qisas aldı Ordumuz murdaryan, rəzilyandan.
Qaralan ocaqları yandırdıq közümüzlə,
Qarabağın dərdini gördük öz gözümüzlə.
* * *
Hay verin Zəngilanın, Qubadlının hayına,
Ağdərə, Xocalını axtarın, arayın ha,
Xarı bülbül yolmasın, saçını darayın ha.
Qucaqlaşıb ağladıq özümüz özümüzlə,
Qarabağın dərdini gördük öz gözümüzlə.
* * *
Burda Cəbrayıl, Ağdam, burda Füzuli vardı,
Kəlbəcərim üşüyür, yanır, tonqal da qardı,
Daş üstdə daş qalmadı, Laçınımı apardı.
Tərtərdən Xankəndinə yol aldıq dizimizlə,
Qarabağın dərdini gördük öz gözümüzlə.
* * *
Baxıb Şuşa qürurla ürəyində ağladı,
Hələ də açıq qalmış, yarasını bağladı,
Salam, Şuşa, azadsan!!! Gur səsimiz çağladı…
Bilirdim, gələcəksiz, gülürdü üzümüzlə,
Qarabağın dərdini gördük öz gözümüzlə.
* * *
Bir yumruqda birləşdi zəfər soraqlı ordum,
Azadlığa qovuşdu Qarabağ, ana yurdum,
Şəhidlik zirvəsində son məkanımı qurdum.
Son qəmin olsun, Vətən, dedik öz sözümüzlə,
Qarabağın dərdini gördük öz gözümüzlə.
8.12.2020.Zərdabi.
Müəllif: Mövlud AĞAMMƏD


MÖVLUD AĞAMMƏDİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru