Əliyev Sevindik Nəsib oğlu

“MƏN KİMƏM” LAYİHƏSİNİN QONAĞI

Sevindik NƏSİBOĞLU

  (Tərcümeyi-hal)

Mən Əliyev Sevindik Nəsib oğlu (Sevindik Nəsiboğlu) 26 iyul 2008-ci ildə İmişli şəhərində anadan olsam da, əslən Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndindənəm. 2014-cü ildə Abşeron rayonu Xırdalan şəhəri 9 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, hazırda həmin məktəbin 7-ci sinifində oxuyuram, dərs əlaçısı olmuşam. Mən hələ 4-5 yaşlarımdan yazıb-oxumağa başlamış, eyni zamanda kompüteri  öyrənərək Vikipediya vasitəsilə ilə Azərbaycanımızın keçmişi, tanınmış şəxsiyyətləri, sərkərdələri, şairləri və sənətkarları barədə məlumat toplamış, elə həmin vaxtlardan kiçik həcmli hekayələr və şeirlər yazmağa başlamışam. Məni həmişə zaman-zaman Azərbaycanımıza qarşı edilən haqsızlıq və ədalətsizliklər, torpaqlarımızın hər hansı yolla işğalı, vətənimizin parçalanması düşündürüb və narahat edib. Ona görə də, yazdığım 400-dən çox şeirin əsas mövzusunu Vətən, torpaq həsrəti, türkçülük, müsəlmançılıq, işğal olunmuş ərazilərimiz, müstəqillik və ərazi bütövlüyü yolunda canını əsirgəmədən fəda etmiş Vətən oğulları və qızları, istiqlal, bu yolda ömrünü şam kimi əritmiş liderlərimiz, şairlərimiz, yazıçılarımız, vətən fədailəri, bayraq sevinci, bir də həmyaşıdlarıma vətən, vətəndaşlıq barədə bildiklərimi çatdırmaq təşkil etmişdir. Şeirlərim hələ 2015-ci ildən “Abşeron təhsili”, “Respublika xəbərləri” qəzetində dərc olunmuş, milli radiomuzun “Navalça” verilişində, milli televiziyanın efirində uşaqlar üçün yayımlanan “Pillə”, “Lider” TV-nin “Çıxış yolu”, “Dünya” TV-nin “Məhəbbət nəğmələri” və “Hər uşaq bir incidir” adlı verilişlərində dəfələrlə şeirlərim səsləndirilmişdir. Respublika Milli Kitabxanasında, Abşeron rayon təhsil şöbəsinin keçirdiyi ictimai tədbirlərdə dəfələrlə çıxışlarım olmuşdur. Əla oxuduğuma, ictimai fəallığıma görə rayon rəhbərliyi və məktəb tərəfindən çoxsaylı tərifnamə və diplomla mükafatlandırılmış, 26 dekabr 2017-ci ildə Azərbaycan Respublikası “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin “Gənc istedad” fəxri diplomu ilə təltif olunmuş, eyni zmanda “Afia.az” informasiya agentliyinin “Sizi tanıyaq” layihəsində uğurlu iştirakıma görə uşaqlar arasıdna “Ən yaxşı yazar”, eləcə də, “İlin şagirdi” diplomlarına layiq görülmüşəm. 2018-ci ildə “Dünyamsan Azərbaycan” və “Hərdən uçmaq istəyirəm” adlı şeir kitablarım nəşr edilmiş, 2019-cu ildə Respublika Milli Kitabxanasında həmin kitabların təqdimatı keçirilmiş, həmin ildə “Azərbaycan XXI əsrə istedadlarla” layihəsi çərçivəsində “Gənc istedad” diplomuna layiq görülmüş, “Kredo” qəzetinin redaksiya heyətinin üzvü və ən gənc ictimai müxbiri olmaqla bu qəzetdə çoxsaylı məqalələrim, araşdırmalarım, şeir və hekayələrim dərc edilmişdir. 2020-ci ildə “Ulu Naxçıvanım” adlı nəsr, “Könüllərə yol gəzirəm” adlı şeir kitablarım nəşr edilmiş, “Ulu Naxçıvanım” adlı kitabımın “Lider TV”-nin “Çıxış yolu” verilişində təqdimatı keçirilmişdir. 5-ci kitabımda işıq üzü görəcək 70-dən çox hekayə, araşdırma və məqalələrim, eləcə də, vətənpərvərlik mövzusunda yazdığım şeirlərim “Kredo” qəzetində dərc edilmiş və çoxsaylı izləyicilərə “Afia.az” informasiya agentliyi vasitəsi ilə çatdırılmışdır. Yuxarıda qeyd olunan mövzularla əlaqədar geniş düşüncələrim var, işğaldan azad edilmiş torpaqlarımız, çiçəklənən Azərbaycanımız naminə yaradıcılığımı uğurla davam etdirməkdəyəm.

SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

SEVİNDİK NƏSİBOĞLU DİGƏR MƏNBƏLƏRDƏ

“MƏN KİMƏM” LAYİHƏSİNİN DİGƏR İŞTİRAKÇILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru