“Sən bizimsən, bizimsən durduqca bədəndə Can,
Yaşa – yaşa çox yaşa, ey şanlı Azərbaycan!”
M.Ə.Rəsulzadə.

23 May saat Bakı vaxtı ilə saat 14:00 Osloda Nizami Gəncəvi adına Azərbaycan dili məktəbi və Yevlax rayon Nizami adına Malbinəsi tam orta məktəbi tərəfindən təşkil edilmiş « Mənim dilim -Ana dilim» layihəsi əsasında Zoom proqramı vasitəsilə 28 May Müstəqillik Günü ilə bağlı təşkil edilən xüsusi görüş olmuşdur.
Görüşün qonaqları Məmməd Əmin Rəsulzadənin nəvəsi, gözəl insan və əməkdar rəssam Rais Rəsulzadə, Azərbaycan ədəbiyyatı və mədəniyyət ilə bağlı silsilə məqalələrin müəllifi və İsveçin Umea Universitetinin elmi işçisi və dosent Səadət Kərimi və istedadlı şair, yazıçı Zaur Ustac , Şirvan Şəhər Mərkəzi Kitabxanasının əməkdaşı Kəmalə Quliyeva da iştirak edirdilər.
Skandinaviya Koordinasiya şurasının Norveç üzrə koordinatorı Ramil Əliyev, Gunay Əliyeva , Qax rayonun Mərkəzi Kitabxanasının kitabxana- biblioqrafiya avtomatlaşdırılması şöbəsinin müdiri Aytən Məhyəddinova , Estoniyadan Təranə Mirzəağayeva, Şirvan Şəhər Mərkəzi Kitabxanasının əməkdaşı Kəmalə Quliyeva 28 May Respublika günü ilə əlaqədar, banisi M.Ə.Rəsulzadə və digər silahdaşları haqqında geniş, əhatəli , ətraflı məlumatlarla çıxış etdilər. Rais bəy atası ilə bağlı xatirələrini bölüşüb, babasından yadigar qalmış tarı haqqında bilmədiyimiz məlumatları verdi.
Məktəblilər tərəfindən musiqi nömrələri göstərildi, şeirlər söylənildi, həmçinin Rais bəyin babası M.Ə.Rəsulzadənin xatirəsinə ithaf olunmuş , Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyəti nin 100 illiyinə həsr olunan , Bakı Media Mərkəzinin prezidenti , filmin baş prodüseri Arzu Əliyevanın təşəbbüsü ilə çəkilmiş “Son iclas” filmi nümayiş etdirildi.
Sonda tədbir” Xarıbülbül “festivalında atəşfəşanlıqla müşayiət olunan əməkdar tarzən Sahib Paşazadə- nin ifasında musiqi nömrəsi ilə başa çatdı.
Tədbir iştirakçıları;

Quluyev Qulu,
Quluzadə Nuray,
Məmmədova Aydan,
Həsənzadə Nuran,
Həmidzadə Lalə,
Cabbar Ağayev,
Məmmədli Əli,
Vəlizadə Əli,
Qurbanlı Fidan,
Rəhimli Ömər,
Süleymanlı Aylan,
Süleymanova Arzu,
Rəhimli Miran,
Əliyeva İnci,
Nərgiz Musayeva,
İnarə Musayeva,
Təranə Mirzağayeva,
Kəmalə Quliyeva,
Aytən Məhyəddinova,
Səlim Abbaszadə,
Ənvər Ramberg,
Aida Ramberg
Arzu Rzayeva
Sevil Qəhrəmanova
Altay Baqeri
Samirə Əliyeva

təşəkkürnamə və diplomlarla təltif edildilər. Sənədləri (diplomları) doğrulama lingi: >>> LAUREATLAR

TƏDBİRDƏN FOTOLAR:



Müəllif: Günay ƏLİYEVA


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru