Dr. Zərövşən Babayeva

WWW.YAZARLAR.AZ

Təhsildə innovasiyalar, Yeni Dünya Düzəni, Yeni Tədris Formatı

         XXI əsr bizi təəccübləndirməyə davam edir. Yaşadığımız son dövrlər öz yeni formatı, fərqli problemləri ilə seçilir. Artıq 2020-ci ilin əvvəl­in­dən başlayaraq həyatın tamamilə yeni is­tiqa­mətdə dəyişilməsi ilə barışmalıyıq. Qəbul etmə­li­yik ki, dünyamız köklü şəkildə dəyişdi və əv­­vəlki münasibətlər yeni keyfiyyət dəyişik­li­yi­nə uğ­ra­mışdır. Artıq yeni dünya insanı cə­miy­yə­tini, dövlətini əvvəlki şərtlərlə idarə etmək, yenilik­lə­rə anın­da cavab verməkdə çətinlik çə­kir. Bu gün hansı cəmiyyət el­mi­nə, təhsilinə, insa­nı­na, torpağına, toxumuna sahib çıxar, yatı­rım edərsə, ye­ni­lik­­lərə açıq olub dünya təcrübəsin­dən faydalanmaqla yaradıcılığa üs­tünlük verərsə o da ya­rış­dan qalib çıxacaqdır. Məqsəd açıq və aydın olmalıdır. Tə­­bi­­ət­də belə bir qa­nun var – güclülər qa­lib gəlir. Yəni müasir dunya­mız­da yaşamaq uğrunda müba­ri­zə­də qalib gəlmək üçün də cəmiy­yətlərdə güclü-gücsüz qarşıdur­ma­sı gedir. İnsan­lı­ğın sınağa səkildiyi son illərdə bütün sahələrdə ol­du­ğu kimi təd­ris-təhsil sahə­sində də problemlər, mübahisəli məqamlar yaranmışdır.      

         Öyrədən-öy­­rə­­nən arasındakı fərqli for­mat­da fəaliyyətlərin gündəmə gəlməsi ilə ali və orta məktəblərdə təd­ri­sin idarə edilməsinin dövrün problemlərinə müvafiq şəkildə təşkili zərurətə çev­ril­miş­dir. Əs­lində dünyanı saran problemlər bu gündən gələcəkdə də yara­na biləcək qarı­şı­q­lıq­­la­ra hazırlıqlı ol­ma­­­ğı­mızı şərtləndirir. Müasir texnolo­gi­ya­lar sayəsində düçar oldu­ğu­muz ka­ran­tin şəraitində fəaliyyətimizi davam etdirsək də – onlayn, virtual format, a-sosial mühit, məsa­fə­lərin uzanması cəmiyyətlərdə bəzi ruhsal, psixoloji problemləri də yaratmış­dır. Ümumiyyətlə, həyatın müxtəlif sahələrində nailiyyət hər bir fərdin fəal iştirakından ası­lı­dır. Belə ki, yaradıcı, fərdi yanaşma, təfəkkürün istiqamətləndirilməsi, şəxsiyyətin problemə yanaşması, həyata baxışı, dünyağörüşünün zənginləşdirilməsi əsas şərtlərdəndir. Təh­sil sahəsi bu işlərdə əsas yerlərdən bi­ri­ni tutur. Cəmiyyət həyatında köklü dəyi­şik­lik etmək əsasən təhsilə qoyulan yatırımdan çox asılıdır. Bunun üçün nəzərə alınmalı məqamlar çoxdur:

  • Müəllimlərdə tədrısə sahiblik prinsipi
  • Öyrədən-öyrənənin maraq, təşəbbüs və istəklərinin ön plana çəkilməsi
  • Təhsildə qloballaşmanın qarşısının alınması
  • Fərqli təhsil formatının yaradılması
  • Tədris prosesində motivasiya, iki tərəfin də maraqlarının təmin edilməsi
  • Müəllim-tələbə sintezi
  • Təhsilin, məktəbin dövrün tələbinə uyğun təşkili
  • Fikir mübadiləsi, birlikdə fəaliyyət və s.

       Təcrübələr göstərir ki, təhsildə istənilən səviyyəyə çat­maq üçün öyrənən­lər­də aşağıdakı ba­ca­rıqların forma­laş­dırıl­ma­sı vacib sayılmalıdır: Yeni bi­lik­lərə məntiqi, tənqidi yanaşmaq, təxəy­yü­lə sahib olmaq, yaradıcı tət­biq­etmə, fərqli tədris for­mat­ı, dinləmə, kommunikasiya, təhlil, ana­l­iz-sintez, düşündürücü sual vermək bacarığı və s. Bütün bunlar təhsildə, dolayısı ilə cəmiyyət hə­yatında innova­siyalardan istifadəni təmin edəcəkdir:

        Təhsildə nələri dəyişək? – öyrənənlərin müstəqilliyinə, sərbəstliyinə imkan yara­dıb həvəs­lən­dirmək, vaxt vermək. Gənc nəslin suallarına ciddi yanaşıb birlikdə tədqiqat aparmaq, gələ­cə­yin məsuliy­yə­tini dərk etdirmək.

        Yeni dövrdə təhsil necə olmalı? – Bacarıqları inkişaf etdirməklə. Gənclər fundamental baca­rıq­larını təkmilləşdir­mək­lə yeni dövrdə yer tuta bilərlər. Artıq dünyada ixtisaslaşmış təhsil geri qalmış təhsi­l­ sayılır. Fərdi yanaşma və müşahidə ilə öyrənənləri dəyərləndirməliyik. Yəni bu əsrdə insanın qəl­bi­nin, ruhunun baca­rıqları da önə çəkilməli, empatiya qurularaq qarşıdakının fikirlərinə önəm ve­rilməlidir.

        Dünyanı dəyişmək üçün müəllimlər nə etməli? – Məlumatların canlı, öyrənənlərin ya­ra­dı­cı olmalarına diqqət yetirilməli, tədris edilən fənlərin önəminə diq­qət edilməli; Dünyagörüşün zən­­­ginliyi, yaradıcı işə xüsusi fikir verilməlidir. Xü­susilə son illər tənhalaşmaq, təcridolunmaq işin keyfiyyətinə mənfi təsir etmiş­dir. Bu baxımdan cə­miy­yətlərin və dövlətlərin müəllimlərin prob­lemləri ilə maraq­lanması, həyat şərait­lərinin yaxşılaşdırması qayğısına qalması işin xeyrinə olardı.

         Yeni dünyada yeni məktəb modeli necə olmalı? – Tələbələrin yaradıcılığı, gördüyü iş qiy­­­mət­ləndirilməli; Biliklərin yaradıcı tətbiqi; Müəllimlər kollektiv şə­kildə fəaliyyət göstər­mə­lidir. Bu həm motivasiya edici təsir edər, həm də yara­dıcılıq, tədqiqatçılığa meyli artırardı.

        Təhsildə hesabatlılq bacarığı nədir? – Tələbələrin ən nümunəvi işlərinin nü­ma­yişinin, süni zə­kanın təhsilə təsiri imkanlarının qiymətləndirilməsinin fərdi in­ki­şa­fa təsiri daha çox ola­caq­dır. Texnologiyaların tətbiqi zərurəti bu sahəyə diqqətin ar­tırılmasını diktə etməkdədir. Ölkə, döv­lət, müəssisələr arasında cəmiyyətin inki­şa­fı qiymətləndirilməlidir. Dünyanın necə də­yiş­di­yi­ni anlamaq; Birlikdə öyrən­mə­ni də­qiq­ləşdirmək, şərait yaratmaq, dəyişməyə hazır ol­maq. Gənc nəslin təkmilləş­mə­si, yeni dünyaya hazırlanması, fərqli formata istiqamət­lən­di­ril­məsi.

       Bu gün dünyada artan işsizlik, maddi problemlər, gərginləşən münasibətlər fo­nun­da sağ­lam düşüncə ilə davranmağa borcluyuq. Hər kəsin stresli zaman ke­çir­mə­sini nəzərə ala­raq qayğını, mərhəməti, məhəbbət hissini bir-birimizdən əsir­gəmə­məliyik. Cəmiyyətin ziya­lı­sı, ali məktəb müəl­lim­­i olaraq məruz qoyul­du­ğu­muz bu problemlərdən az itki ilə çıxa bil­mə­yin yollarını da araşdır­ma­lıyıq. Gənc­lərimiz gə­lə­cəyimizdir və müxtəlif sahələrdə cə­miy­yətin inkişa­fında mü­hüm rol oynayacaq­lar. Bu səbəbdən onlarla apardığımız işlər üçün də məsuliyyət bizim üzərimizdədir.

         Yenicə qazandığımız Qarabağ zəfəri də bizi bundan sonrakı möhtəşəm nai­liy­yətlərə ruhlandırır. Şahidi olduğumuz Vətən müharibəsi göstərdi ki, qan yad­da­şı bələkdə Qarabağı tərk edən körpələri 30 il sonra tanklarla, İnsansız Hava Araç­ları (İHA) və qırıcı təyyarələr, müxtəlif hərbi texnika ilə doğma torpaqlarını mən­fur düş­mənlərdən təmizləmək üçün ayağa qaldırdı. Bu, XXI əsrdə dünyaya səs salan mü­­asir Vətən Muharibə formatı Azərbaycanın yetişdirdiyi tələ­bə­lər, mühən­dis­­lər, həkimlər, müəllimlər,…., Zabit və Generallar sayəsində qələbə çalaraq Bö­yük Qə­lə­bə, Böyük Qayıdış idi. Bütün Azərbaycan cəmiyyəti olaraq Qarabağ Şə­hid, Qazi, Əsgər, yüksək rütbəli hərbiçilərinə, şəxsi heyətinə minnət duyur, şəhid və qazi ailələrinə səbr diləyirik. Ən ali səviyyədə dövlət qayğısı ilə əhatə olunmuş mü­ha­­ri­bə iştirakçıları yetişməkdə olan gənc nəsil üçün də layiqli nüminədir. Cə­miy­­yətlər və dövlətlər eyni amal uğrunda çalışdıqca görülən işlər hər bir fərdi məmnun edə­cək­­dir. Ümid edirik ki, insani sevgi, mərhəmət, elmi na­iliy­yətlər sayəsində Dünya­mız yaşamaq üçün öz əhəmiyyətini artıracaqdır.

     Yaşadığımız günlərdə cəmiyyətlər, dövlətlər arasında açıq şəkildə qüvvə­lə­rin toq­quş­ması baş verdiyinin şahidi oluruq. Tədris sahəsində də bütün baş verən­lə­ri nə­zərə alaraq köklü dəyişiklik­lər etməyin tam zamanıdır. Bu gün bizə müxtəlif el­mi bilikləri əzbərləyən şagird, yaxud tələbə ki­fa­yət eləmir. Öyrənənləri biliklərin sax­landığı “papka” for­ma­tından çıxarmaq zamanı çoxdan çat­mışdır. Öyrən­di­yi bi­li­­yi ya­ra­­dıcı tətbiq edə bilən, təklif olu­nan hazır biliklərə tənqidi yanaşan, kons­truktiv dü­şü­­nən gənc nə­sil sayəsində yaxın gələcəkdə texnologiyaların, robotların üstünlük təşkil etdiyi dünyada yaşa­ma­ğa uy­ğunlaşmalıyıq. Anlamalıyıq ki, artıq ən böyük “silah” Elmdir. Köhnə dünya standartları ilə yeni dünya­da rəqabətə dayan­maq üçün çalışmalıyıq. Biologiya elmi, tibb sahəsi, kimya, fizika, kosmonavtika və digər elm sahələrində əldə edil­miş yeni na­iliy­yətlər insanlığa fərqli yanaşmalara görə cə­miy­yətlərin lehinə və əley­hinə tətbiq edilməkdədir. Elmi insanlığın lehinə işlədən kadrlar, mütəxəssislər yaratmaq müasir dövrün zərurətinə çevril­miş­dir. Məhz yara­dı­cı, yenilikçi, müa­sir texnologiyalara yiyələnmiş gənc­lik, hazırkı kadr po­ten­sialı­nın təkmilləşməsi ilə güclü rəqabətə dayana biləcəyik. Son bir ildə bütün dünyada “pan­de­miya, karantin, virus, məsafə, maska, təmizlik” məfhumları hə­ya­tımızın reallığına çev­ril­mişdir. İna­nırıq ki, cəmiy­yətlərin sağlam düşüncəli ziyalıla­rı­nin birgə səyi ilə XXI əsrdə cəmiyyətlər is­tər Təhsilinə, istərsə də İnsanına sahib çıxaraq qarşıya çıxan çətinlikləri aşacaqdır.

Zərövşən Babayeva

Naxçıvan Dövlət Universitetinin dosenti

pedaqogika üzrə elmlər doktoru


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru