WWW.YAZARLAR.AZ

Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev.

Osloda Çingiz Abdullayevlə görüş olub

«Mənim dilim -Ana dilim» layihəsinin bu dəfəki qonağı xalq yazıçısı Çingiz Abdullayev olub. Dedektiv janrda yazan Ç. Abdullayevin əsərləri Azərbaycanla yanaşı,dünyanın bir sıra ölkələrində xaric dillərə tərcümə edilərək, geniş bir oxucu sevgisi qazanıb.  Belə ki, Ç. Abdullayevin əsərləri Norveçdə də  oxucuların rəğbətini qazanıb  və  sevilib. İki dəfə Norveçə səfər edən Ç. Abdullayev Osla və Bergen şəhərlərində oxucularla görüş keçirib və imzalı kitablarını onlara təqdim edib. Yazıçının dediyinə görə Skandinaviya ölkələri  əsərlərinin çox oxunduğu ölkələr sırasındadır.

 Bu dəfə  isə Ç. Abdullayevin Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbinin  şagirdləri ilə zoom  görüşü olub.  Qeyd edək ki, bu görüş  Novruz bayramı günü məktəbin şagirdlərinə və valideynlərə dəyərli və gözəl bir hədiyyə olub. Ç.Abdullayev Osloda dahi şairimiz Nizami Gəncəvinin adını daşıyan həftəsonu məktəbində ana dilinin tədris edilməsini müsbət qiymətləndirib və bilirib ki, ana dilini uzaq Skandinav ölkəsində uşaqlara öyrədilməsi, onlarda ana dilinə olan  sevginin artmasına səbəb olacaqdır. Ç.Abdullayev müasir dövrdə dünyaya çıxmaq ,müəyyən bir mövqey və status əldə etmək üçün uşaqların ana dili ilə yanaşı,  bir neçə xarici dil bilməsinin vacib olduğunu söyləyib. Kitabların uşaqlar üçün zəngin bir bilik mənbəyi olduğunu deyən yazıçı,anacq kitabların köməyi ilə uşaqların lazımi bilikləri  əldə edə biləcəyini qeyd edib. Bu gün artıq Avropa ölkələrində olduğu kimi Azərbaycanda da  müasir  kitab evlərinin olduğunu deyən Ç. Abdullayev  valideynləri uşaqları bu cür məkanlara tez-tez aparmağa  və kitabları onlara kiçik yaşlarından  sevdirməyə səsləyib.

Ç.Abdullayev  ölkəmizdə Vətən Müharibəsi getdiyi bir vaxtda Rusiyanın müxtəlif telekanallarında dəfələrlə çıxışlar edib,Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb və  erməni yalanlarını ifşa edib.

Görüşdə vətənpərvərlik mövzusuna da toxunan Ç.Abdullayev ölkəmizin 44 günlük Vətən Müharibəsində sonra qazandığı böyük qələbənin  xalqımızın tükənməz vətən sevgisinin,fədakarlığının və əzimkarlığının nəticəsi olduğunu   bildirib. Yazıçı qeyd edib ki, Azərbaycandan kənarda yaşayan uşaqlarımızla  yazıçı və şairlərimizin görüşünün təşkili onlarda vətnpərvərlik hissinin və Vətən sevgisinin güclənməsi üçün əsas  vasitə və zəmin  ola bilər.

Aysel  İsazadə Ç. Abdullayevin portretini çəkib.

Görüşdə iştirak edənOsloda Nizami Gəncəvi adına həftəsonu məktəbinin  və Yevlax rayonu Nizami Gəncəvi adına  Malbinəsi tam orta məktəbinin şagirdləri söylədikləri, şeir, mahnı və çəkdikləri rəsmləri  ilə görüşə xüsusi bir rəng qatıb  və onların çıxışları  maraqla qarşılanıb.Beşinci sinif şagirdi Aysel  İsazadə Ç. Abdullayevin portretini çəkib və görüşdə yazıçıya təqdim edib.  Və  digər beşinci sinif şagirdi Nuran Həsənzadə ifa etdiyi “ Bayram axşamları”  mahnısı ilə görüşə xoş əhval-ruhiyyə qatıb. Milli geyim  ilə görüşümüzə qatılmış birinci sinif şagirdi İnci Əliyeva geyimi və söylədiyi şeiri ilə həftəsonu məktəbinin şagirdlərinin marağına səbəb olub. Aylan Süleymanlı,Rəhimli Miran,Əli Vəlizadə və digər uşaqlarda görüşdə maraqlı çıxışları ilə yadda qalıblar. TƏDBİRDƏN FOTOLAR:



Müəllif: Günay ƏLİYEVA


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru