ZAUR USTAC – 16.03.2021. ÇİLƏ GECƏSİ. BAKI.

Salam olsun, çox dəyərli oxucum! Bu gün xüsusi bir gündür! Bu günü lap körpəlikdən (dəqiq 1979 – cu ilin mart ayından) Çilə Günü deyə tanıyır, bilirəm. Bu barədə “Qarqaraçıxılan gün” adlı kitabda məlumat vermişəm. Bilərəkdən “Çillə” deyil, məhz “Çilə Günü” yazıram. Çünki, belə eşitmişik, belə demişik. Bu gününün özəlliyi nədən ibarətdir? Bu barədə gördüklərimdən, etdiklərimdən Sizlər üçün qısa xatırlatma edəcəm. Bu günə hazırlıq adətən fevralda ilk – yalançı çərşənbə yandığı gündən hazırlıqlar başlayır. Qızlar, oğlanlar, qadınlar, kişilər, uşaqlar, yeniyetmələr, gənclər, böyüklər hər kəs öz qrupu ilə planlar qurur, tədərük görür və ilk öncə öz qrupları üçün Çilə keçirəcəkləri evi müəyyənləşdirirlər. Axşam çərşənbə qalanması ilə – axşamdan məclis başlayır. Ümumi məqsəd səhərə qədər oyaq qalmaqdan, səhər-səhər ilk tonqalı yandırıb üzərindən hoppanmaqdan, arx üstündən, tənək altından keçməkdən, yaxındakı axar su mənbəyindən məsələn kəhrizdən və ya bulaqdan su gətirməkdən ibarətdir. Gecə səhərə qədər oyaq qalınan müddəti maraqlı, əyləcəli, yaddaqalan etmək üçün hamımızn eşidib, bildiyi, kosa-kosa, qulaq falı və müasir oyunlar oynalınır. Bayramınız mübarək olsun!!!


Tərtibçi: 
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>