İLAHƏ QƏHRƏMAN HAQQIND

İlahə QƏHRƏMAN – (Qəhrəmanova İlahə Həsən qızı) 1978-ci ildə Bakı şəhərində doğulub. Azərbaycan Texniki Universitetinin İnformasiya Texnologiyaları fakultəsini həm bakalavr, həm də magistr pillələri üzrə bitirib. Bir vaxtlar məzunu olduğu ali məktəbdə işləyir. Universitetdə oxuduğu illərdən ədəbi yaradıcılıqla məşğuldur. Uşaqlar üçün yazdığı hekayə, nağıl və əfsanələrin bir qismi mətbuatda işıq üzü görüb. 2018-ci ildə “Adiloğlu” nəşriyyatında “Əlahəzrət Zaman” adlı hekayələr kitabı həm böyklərin, həm də uşaqların böyük marağına səbəb olub. Xanım yazarın hal-hazırda uşaqlar üçün qələmə aldığı yeni kitabı çap prosesindədir. Xanım yazarın uşaqlar üçün yazdığı əsərlər oxunaqlı olduğu qədər də düşündürücüdür.

    İlahə xanımın özünün də qeyd etdiyi kimi o, uşaq ədəbiyyatının inkişafı üçün çalışır və texniki mövzularda qələmə aldığı yeni nağıl və hekayələrin  uşaqların riyaziyyat və informatika fənnlərində çətinlik çəkə biləcəkləri mövzuları daha rahat qavramalarına kömək edəcəyini düşünür. 

Hörmətli yazara yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r