
Tanınmış yazar Meyxoş Abdullahın “Əsir qadın” romanı görmə İmkanları məhdud uşaqlar üçün nəşr olunub. Yazar öz təəssüratlarını “Yazarlar”la bölüşüb:
“Bu gün səhər tezdən gözəl bir hədiyyə aldım. Mənim “Əsir qadın” romanım, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə Qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək İctimai Birliyinin həyata keçirtdiyi “Görmə İmkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması” layihəsi çərçivəsində Azərbayvan Gözdən Əlillər Cəmiyyəti Brayl Nəşrlər İnformasiya Resurs Mərkəzi MMS- də nəfs şəkildə çap olunmuşdur. Və mənə müəllif olaraq bir nüsxə, yəni 1 nüsxəsi 4 kitab formatında hədiyyə olunmuşdur. Həqiqətən, çox sevindim.
Layihənin ideya müəllifi Reyhan xanıma, ideyanın həyata keçirilməsində mənəvi dəstək göstərən Mais müəllimə, bu işin təəssübkeşi, yaxın dostum Giya qardaşıma və zəhməti keçən hər kəsə öz dərin minnətdarlığımı bildirirəm. Bu mənim üçün böyük bir hədiyyə, zəhməti olanlar üçün isə çox savab bir işdir:

Bu vaxta qədər 10 yaxın kitabım nəşr olunubdur. Kitablarım işıq üzü görəndə çox sevinmişəm. Amma, nədənsə, bu dəfə daha çox sevindim. Çünki bu kitabım Görmə imkanları məhdud olan insanlar üçün nəzərdə tutulmuşdur. Kitabı əlimə alıram, səhifələri ağappaqdır. Bir dənə də olsun tanış hərf gözə dəymir. Elə bil, kim isə iynənin ucu ilə kitabın vərəqlərini döyəcələyərək işarələr qoyubdur. Heyrətlənirəm, ilahi, görmə imkanları məhdud olan insanlar barmaqlarının uçunu bu diyircəkli işarələrə sürtərək kitabı necə oxuya bilirlər? Bu bir möcüzədir… Çox sağ olun, əziz dostlar.”
===================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ