Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbində “Ana dilimizi qoruyaq!” və “Vətən bizi çağırır!” mövzularında videogörüş təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya bildirilib ki, tədbir məktəb şagirdlərinə doğma dilimizi sevdirmək və vətənpərvərlik hissini gücləndirmək məqsədilə keçirilib.

Oslo Azərbaycan evi və Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirə Azərbaycandan istedadlı yazıçılar Zaur Ustac və Eluca Atalı, bəstəkar Sevinc Tofiqqızı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası Rada Nəsibova və aktyor Rəşad Kəsəmənli qatılıblar.

Tədbirdə çıxış edənlər Azərbaycan dilinin tarixi, Avropada və Azərbaycanda təlim-tədris prosesinin təşkili, vətənpərvərlik, Azərbaycanda çəkilən tamaşalar və s. mövzularda fikirlərini bildirib.

Tədbirin bədii hissəsində S.Tofiqqızı pianoda lirik mahni ifa edib, Rada Nəsibova “Tık-tık” xanım uşaq nağılını səsləndirib, Rəşad Kəsəmənli atası, unudulmaz şair Nüsrət Kəsəmənlinin poeziyasından şeir söyləyib.

Qonaqlarla interaktiv ünsiyyətdə olan şagirdlər şeirlər söyləyiblər, suallara və tapmacalara cavab veriblər. Doğru cavab tapan sagirdlərə kitablar hədiyyə edilib.

Şagirdlər və valideyinlər qonaqlara təşəkkür edərək, bu cür görüşlərin davamlı olmasını arzuladıqlarını bildiriblər.

Oslodakı azərbaycanlı uşaqlarla videogörüş keçirilib:
Mənbə:
qafqazinfo.az
Arxiv:
archive.vn

Digər mənbələr:

1:az.trend.az 2:xeber.media 3:azertag.az 4:tehsil-press.az 5:dnews.az


YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ