İNSAN
Ya da canavara dönür insan,
Tanrıdan əli çıxanda,
Söz-söz tanrılaşır,
Kimsə uzaqdan, ilmək-ilmək ona baxanda..
Hamı birinci sözdən qorxur,
Sonra heç nədən.
Ürek-ürək daşına bilsən içinə, yenə, hə,
İçin doludu axı.
Çat verməsin ürəyin,söz adamı,
.Amma kim başa düşəcək səni.
Hamısı, Allahlıq iddiasında.
Söz veriblər özlərinə,
Tanrının yasında.
Sən ümid-ümid bölünəndə.
Ùrəyinin işığı,çilik-çilik sənə yetməyəndə.
Çək ayağını arxanca şair,
Hara gedirsən belə.
Allah özü ilə apardı həqiqəti məchulluğa.
Səcdə elə,küncdən,bucaqdan boylanan “boq” lara,”ikona”lara.
Yalış öz boğazından.,
Sonuncu halal tikənin gücü çatınca:
-çiyinlərini mələksiz , görəndə.
-Yanından keçənlər,təbəssüm – təbəssüm yoxa çixana kimi, sıx barmaqlarını.
Zamanla ilişkisi olmayan arzuların döyükməsi heç nədi,bu,qətlin yanında.
Ya da qətl heç nədi.
Kölgən yaman kiçilib şair.
Barmaqla sanılı sabahları atıb çiyninə,
Yürümə gündoğana…
16.12.2019.Zabrat.



YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ