AĞDAM

(Bu gü Ağdamın azadlıq günüdür!)

Küçədə hökm edir bir ölü sükut,

Evləri dağılmış, tutqun səması.

Zalimin əliylə eyləmiş süqut,

Ağdamım, Vətənin Xirosiması!

<<<AĞDAM HAQQINDA ŞEİRLƏR>>>

Alovla, atəşlə olsaq da sürgün,

Tezliklə köksünə qayıdacağıq.

Cismini, nəşini alırıq bu gün,

Həsrətli ürəklə ayıldacağıq!

<<<AĞDAM HAQQINDA ŞEİRLƏR>>>

Naxələf deyildik, gücsüzdük ancaq,

İndisə qüvvətli gəncliyimiz var.

Başları üstündə üçrəngli sancaq,

Komandan əmriylə olurlar süvar!

<<<AĞDAM HAQQINDA ŞEİRLƏR>>>

İn şə Allah tezliklə dirçələcəksən,

Gülüzar olacaq hər küçən, hər tin.

Kədəri üzündən tez siləcəksən,

Güləcək üzünə taleyin, bəxtin!

<<<AĞDAM HAQQINDA ŞEİRLƏR>>>

Sevincli, fərəhli günlərin sənin,

Hələ qarşıdadır bu gündən, Ağdam!

Məlhəmi olacaq dağlı sinənin,

Övladın qayıdır sürgündən, Ağdam!

20.11.2020 – Bakı.

Müəllif: Təvəkkül Goruslu Məmmədov


YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ