FAMİL MEHDİ HAQQINDA MƏLUMAT

Famil Mehdi – şair, tənqidçi, publisist, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1974), professor (1977).

HƏYATI


Famil Mehdi 1934-cü il dekabrın 25-də Ağda rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Əhmədvar kənd yeddiillik məktəbini bitirib Ağdam pedaqoji məktəbində təhsil almışdır. Sonra (BDU Jurnalistika) ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir (1953-1958). Əmək fəaliyyətinə “Bakı” axşam qəzetində ədəbi işçi kimi başlamışdır (1958). (BDU Filologiya) ADU-nun filologiya fakültəsində aspirant (1961-1964), müəllim, baş müəllim olmuş, jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləmişdir (1973-cü ildən). “Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

YARADICILIĞI

Bədii yaradıcılığa 1951-ci ildə “Lenin yolu” adlı Ağdam rayon qəzetində çıxan ilk şeri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının və bəzi xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir. Fəal pedaqoji, elmi və ictimai işlə məşğul olmuşdur. “Jurnalistika məsələləri” adlı ali məktəb tələbələri üçün dərsliyin müəlliflərindən biridir. “Alovlu publisist Səməd Vurğun”, “Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri”, “Mətbuatda publisistika”, “Bədii publisistika” kimi monoqrafik kitablar və dərs vəsaitləri onun qələminin məhsuludur. Bakı şəhər Oktyabr rayonu Xalq Deputatları Sovetinin (XVII, XVIII, XIX çağırış) deputatı olmuşdur. “Oqonyok” jurnalının laureatı adına layiq görülmüşdür. SSRİ “Bilik” cəmiyyətinin ən yaxşı elmi-kütləvi əsərlərə görə diplomunu almışdır.

2003-cü il sentyabrın 29-da Bakıda vəfat etmişdir. Ruhuna Fatihə.

İCTİMAİ FƏALİYYƏTİ


Qarabağ müharibəsinin ilk günlərindən “Nicat” cəmiyyətini yaratmış və Vətənin müdafiəsinə qalxan könüllülər arasında stimul yaratmaq məqsədi ilə cəmiyyət adından “General Məhəmməd Əsədov” mükafatı təsis etmişdir.

ƏSƏRLƏRİ

Sevəndən bəri. Bakı: Uşaqgəncnəşr, 1961, 29 səh.

Sadə sətirlər. Bakı: Azərnəşr, 1963, 29 səh.

Mənim ulduzlarım. Bakı: Azərnəşr, 1964, 95 səh.

Ünvanım dəyişir. Bakı: Azərnəşr, 1966, 78 səh.

Ömürdən səhifələr, Bakı: Gənclik, 1970, 76 səh.

Qarabağ şikəstəsi. Bakı: Azərnəşr, 1970, 93 səh.

İllər və talelər. Bakı: Azərnəşr, 1974, 141 səh.

İnsan unudulmur. Bakı: Gənclik, 1976, 195 səh.

Səni gözləyirəm. Bakı: Azərnəşr, 1978, 174 səh.

Anam elə bilir. Bakı: Yazıçı, 1979, 200 səh.

Ömür keçir, gün keçir. Bakı: Yazıçı, 1983, 246 səh.

Borc. Bakı: Gənclik, 1984, 273 səh.

Əyilmə, dünyam. Bakı: Yazıçı, 1985, 170 səh.

Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1989, 223 səh.

50-dən sonra. Bakı: Yazıçı, 1993, 132 səh.

Qarabağ faciəsi (publisistika). Bakı: Gənclik, 1995, 320 səh.

Allah rəhmət eləsin… Ruhu şad olsun… Amin.


YZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ