
Əhməd Cəmil haqqında məlumat
Cəmilzadə Əhməd Səttar oğlu 1913-cü il oktyabrın 20-də İrəvan quberniyasının İrəvan şəhərində kustar sənətkar ailəsində doğulmuşdur. Dörd yaşında ikən atasını itirmiş, anasının himayəsi altında boya-başa çatmışdır. İbtidai və orta təhsili Gəncə şəhər məktəblərində almışdır.
Orta məktəbin yeddinci sinfində oxuyarkən “Gözəl Qafqaz” adlı ilk şeiri 1928-ci ildə “Qızıl Gəncə” jurnalında dərc olunmuşdur. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin Gəncə bölməsində fəal iştirak etmişdir. Onun şeirləri “Qızıl Gəncə”, “Dağıstan füqərası”, “Gənc bolşevik”, “Hücum”, “İnqilab və mədəniyyət” qəzet və jurnallarında vaxtaşırı dərc olunurdu. Sonra Bakıda Ali pedaqoji institutun ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1930–1933). Şəmkir rayonunun Zəyəm kəndində (1933–1936), sonra Gəncədə (1936–1940) orta və ali məktəb müəllimi, metodist olmuşdur. 1940-cı ilin sentyabr ayından Azərbaycan Sovet Yazıçıları İttifaqında şeir bölməsində məsləhətçi, “Ədəbiyyat qəzeti“ndə ədəbi işçi, məsul katib işləmiş, sonra ittifaqın məsul katibi seçilmişdir (1940–1942).
İkinci Dünya müharibəsi illərində Şimali Qafqaz, Krım cəbhə qəzetləri (“Döyüş zərbəsi”, “Hücum”, “Vətən uğrunda irəli”) redaksiyalarında çalışmışdır (1942–1943). Yazıçılar İttifaqı İdarə Heyətinin məsul katibi (1944–1947), həm də idarə heyətinin üzvü seçilmişdir. Uzun müddət “Ədəbiyyat qəzeti“, “Azərbaycan” və “Ulduz” jurnalları redaksiya heyətinin üzvü olmuşdur.Ev
1948-ci ilin oktyabrınadək səhhəti üzündən işləməmişdir. Sonra 1948-ci ilin oktyabrında Azərbaycan Sovet Yazıçıları İttifaqında idarə heyətinin məsul katibi seçilmişdir. 1950-ci ildə Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1951-ci ildə “Ədəbiyyat qəzeti“ndə müvəqqəti redaktor işləmişdir. Azərnəşrdə baş redaktor, redaktor (1953–1955), Azərbaycan Mədəniyyət Nazirliyində məsləhətçi (1956–1959), “Azərbaycan” jurnalırının redaktoru (1959–1960), Azərnəşrin baş redaktoru (1962–1963), Gənclik nəşriyyatında redaktor (1964–1967), “Ulduz” jurnalında baş redaktor işləmişdir (1973–1977). Rus, gürcü, Ukrayna, erməni, özbək, belorus, tacik və s. dillərdən Azərbaycan dilinə tərcümələr etmişdir. Xidmətlərinə görə iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medallarla təltif olunmuşdur.
1977-cı il sentyabrın 27-də Bakıda vəfat etmişdir. Allah qəni-qəni rəhmət eləsin. Ruhu şad olsun. Amin.
===================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ