M İ L L Ə T İ M


Torpağım dil açır,daşım dillənir,

Oyanan inamım hünər şəllənir,

Qeyrətim gül açır,şərəf güllənir,

Düşmənin gözünü oyur,millətim.


Erməni  Yurduma qənim kəsildi,

Çox xarab tayfadı,əskik  nəsildi,

Adamlıqdan “iki”  alıb  kəsildi…

Haqqı  öz yerinə qyan millətim.


Qəzəbli əsgərim od-alov  saçır,

Düşmən şalvarını soyunub qaçır,

Qarabağ qucağın  bizlərə  açır,

Doğma nəfəsindən doyur, millətim.


Qarabağ söyləyir, bütün  dillərin,

El gücünə  döndü, daşdı  sellərin,

Dizini   qatladıq  ağır  illərin,

Həsrətin  dərisin soyur millətim.


Mərd Ordum  yağını yıxır, dizləyir,

Kor gözünə qıyıq soxur, bizləyir,

Xalq Baş Komandanın əmrin gözləyir:

“-Qarabağ bizimdir, buyur,millətim!”

21. 10. 2020.


Müəllif: Mayıl Dostu

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ