
AZAD OLDU XUDAFƏRİN
Misilsizdi cəsarəti,
Öz xalqına məhəbbəti.
Kökdən gəlir sədaqəti,
Komandanım müdrik, dərin,
Azad oldu Xudafərin.
Hər uğuru bir bayramdı,
Hər əsgəri istehkamdı,
Zəfərləri əhdi, andı,
Ordumuza səd afərin,
Azad oldu Xudafərin.
Azərbaycan Tanrı yarı,
Sudan duru, aydan arı.
Otuz illik arzuları
Gəldi çatdı Qəzənfərin,
Azad oldu Xudafərin.
Müəllif: Qəzənfər Məsimoğlu
===================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ