Müstəqillik günü.

Təbriklər təbrikə, qarışdı bu gün,

Bayramın mübarək ey əziz xalqım.

Üçrəngli bayrağı mən öpmək üçün,

Yurdun günəşindən ilham alıram,

Bu eldən dünyaya işıq salıram.

İllərlə yadlara sən sinə gərdin

Meydanlar titrədi, millət oyandı.

Neçə-neçə şəhid, qurbanlar verdin,

Sonda müstəqillik günü yarandı.

Müstəqil bir dünya yaratdı xalqım.

Vurğunam, heyranam mən öz yurduma.

Dözmünü, əzmini seyr elədikcə,

Mən səcdə edirəm edirəm əziz yurduma.

Qəhrəman igidlər, xalqı sevənlər

Böyük  amallardan güc alacaqdır.

Mənim  müstəqilliyim, mənim amalım

Daim ulduzlara yol salacaqdır.

Qəlbimdə diləyim var bu gün mənim,

Zəfər sevincini yaşaya bilək.

Qələbə qazanaq, doğma ellərə,

Doğma torpaqlara görüşə gələk.

“Zəfər” kəlməsini söyləsin hər kəs,

Bu kəlmə səslənsin dildə, dodaqda.

 Nərgizəm bu yurdun övladı kimi,

Mən də şeir yazım qələbə haqda.


Müəllif: Nərgiz Mirzəyeva


YZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ