“Azərbaycan hazırda öz ərazi bütövlüyünü təmin etməyə çalışır”

USTAC.AZ Publika.az a istinad edərək xəbər verir ki, bu barədə qardaş Türkiyənin tanınmış iqtisadi siyasət üzrə mütəxəssislərindən olan Prof.Dr. Kerem Karabulut deyib.

Tanınmış alim bildirib ki, təqribən otuz ildir ki, Ermənistan Azərbaycanın əzəli və əbədi olan torpaqlarını işğal edib və BMT və ATƏT kimi beynəlxalq təşkilatların çıxardığı qətnamələrə baxmayaraq işğalı başa çatdırmayıb.

ATƏT-in Minsk Qrupunun da ancaq münaqişənin vaxtını uzatmaqla məşğul olduğunu və müzakirələrə heç bir xeyrinin olmadığını deyən Kerem Karabulut 27 sentyabr tarixindən Ermənistanın işğal etdiyi Azərbaycana aid olan torpaqlardan Azərbaycanın digər ərazilərini atəş tutduğunu, Azərbaycanın buna qarşılıq bütün cəbhə boyunca əks-hücuma keçdiyini qeyd edib.

Bu hücumların Ermənistanın sözün bütün parametrlərində bir işğalçı dövlət olduğunu sübuta yetirdiyini deyən ekspert Azərbaycanın haqlı olaraq, öz işğal edilmiş ərazilərini xilas etmək üçün əməliyyatlara başladığını bildirib:

“Ermənistan hazırda varlığını davam etdirmək üçün regiondakı bütün dövlətlərə qarşı işğalçılıq siyasəti həyata keçirir. Çünki iqtisadiyyatı çöküb, bütün regional və qlobal lahiyələrdən kənarda qalıb. Təqribən ölkənin istehsal olunmuş ümumi daxili məhsulunun həcmi qədər xarici borcu olan və əhalisinin demək olar ki, 30 faizinin aclıqla üz-üzə qaldığı Ermənistanın əsas gəlir mənbəyi xarici ölkələrdə çalışan ermənilərin göndərdiyi pullar və diaspordan gələn ianələrdir. Ermənistan bu ianələrin davamlılığını təmin etmək üçün qeyri-insani hərəkətlər etmək məcburiyyətindədir. Fikrimizi başqa cür ifadə edəsi olsaq, hazırda həyata keçirdiyi tam bir terror və savaş suçudur. Erməni tarixini diqqətlə və obyektiv şəkildə araşdırdığımız zaman görəcəyik ki, bu insanlar tarixən kimlərinsə dəstəyi və himayəsi altında yaşamağa öyrəniblər. Eyni zamanda, əllərinə fürsət keçən kimi onlara yaxşılıq edənlərə, ölkə ya da insan olsun, heç bir fərqi yoxdur, xəyanət ediblər. Ermənilər keçmişdə Osmanlı dövlətinə etdiyi xəyanətləri indi Azərbaycana qarşı davam etdirirlər”.

Türkiyəli alim hesab edir ki, Ermənistan gələcəkdə eyni xəyanəti ruslara qarşı da edəcək.

“Buna görə Rusiyanın Ermənistanı bu işğalçı və mənfur siyasətindən əl çəkdirməsi onun xeyrinə olacaq. Çünki Rusiyanın vasitəçiliyi ilə imzalanan atəşkəsin ermənilər tərəfindən dərhal pozularaq dinc xalqa hücum etməsi həm regionda, həm də dünyada Rusiyanın imicinə ciddi mənada ziyan vurdu və vuracaq da. Bundan başqa beynəlxalq hüququn prinsipləri kobud şəkildə pozulur ki, Rusiya bu vəziyyətdən ancaq Türkiyə və Azərbaycanla isti münasibətlər quraraq çıxa bilər. Həm geosiyasi, həm də geoiqtisadi baxımdan bu iki ölkə region və dünya üçün böyük önəmə sahibdir. Rusiya bunu diqqətlə incələməli və bu kimi məqamları gözdən qaçırmamalıdır”, – o vurğulayıb.

K.Karabulut tarix boyu İrəvan xanlığının hakimiyyəti altında olan Ermənistanın tamamının Türk torpaqları olduğunu, sonradan ətraf ölkələrdən və dünyanın bir çox yerlərindən bu ərazilərə köçürülən ermənilərin indi də Azərbaycanın öz dədə-baba torpaqlarına sahib çıxmaq istəyinin bir beynəlxalq suç kimi qəbul edildiyini bildirərək, dünyanın da bu suça ortaq olmamalı olduğu fikri ilə sözlərini yekunlaşdırıb.

Alim onu da qeyd edib ki, Azərbaycanın torpaqlarını qeyd-şərtsiz geri qaytarması Ermənistanın da xeyrinə olacaq.


YZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ