AZƏRBAYCAN ƏSGƏRLƏRİ

Vətən oğlu, igid əsgər

Şir kimi girər meydana

Hər əsgərin şücaəti

Yayılar Azərbaycana.

Fəxr edirik, sizlərlə biz.

Azərbaycan əsgərləri

Bizim qürur mənbəyimiz.

Bizlərə nümunəsiniz

Sizi sevir xalqım, elim.

Siz mənim coşan dənizim,

Siz mənim kükrəyən selim.

Müqəddəsdir yollar üstə

Saldığınız ləpir, hər iz.

Azərbaycan əsgərləri

Bizim qürur mənbəyimiz.

Döyüşlərə yollanarlar

Vətən andı dillərində

Daim məğrur dayanarlar

Dağlarında, çöllərində

Qürur simvolusunuz siz.

Azərbaycan əsgərləri

Bizim qürur mənbəyimiz.

Eydiyimiz qəhrəmanlıq

Dillər dolaşan dastanım.

Ey türk oğlu, türk əsgəri

Tarix yazan qəhramanım,

Vətən sizi sevir hər an

Vətən üçün daim əziz

Azərbaycan əsgərləri

Bizim qürur mənbəyimiz.


<<<<Nərgiz Mirzəyeva >>>

VƏTƏNİM MƏNİM

Hər kəs tanımaqçün gözəl yurdumu

Mən necə vəsf edim, necə söyləyim?

Xəzərim, Şahdağım, uca Savalan,

Qoşqar, Murov dağım hansını deyim?

Xalqımın incilər xəzinəsindən

Ürəklər fəth edən dilim var mənim

Nizami, Nəsimi, dahi Füzuli,

Dahilər yetirən elim var mənim.

Hər an mərd oğullar yetirmişsən sən,

Sərvətdən qüdrətdən yoğurulub mayan.

O qədər gözəlsən, gözəlsən ki, sən

Vurulub bir dəfə hüsnünə baxan.

Hər cürə nemətin var ,ey vətənim

Meyvəli bağların, axar bulağın,

Dünyanın ən gözəl bayrağı olub

Sənin dalğalanan şanlı bayrağın.

Kür, Araz can verir torpaqlarına

Xəzərim gözəllər gözəli olub.

Göygölün dünyana əvəzi olmaz,

Yanardağ büsbütün oddan yoğurulub

Nərgizəm mən sənin bir övladınam

Mənim gül ətirli baharım vətən.

Uğrunda can versəm uf eləmərəm,

Mənə candan əziz diyarım vətən.

Müəllif: Nərgiz Mirzəyeva


YZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ