Rəhiməxanım Məmmədzadənin “Azərbaycan dili üzrə qrammatik anlayışların mənimsədilməsi şagirdlərin idrak fəaliyyətinin yüksəldilməsi vasitəsi kimi” monoqrafiyası işıq üzü gördü. Monoqrafiya “Mütərcim” nəşriyyatında Azərbaycan Dillər Universitetinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Rəhiməxanım Məmmədzadənin “Azərbaycan dili üzrə qrammatik anlayışların mənimsədilməsi şagirdlərin idrak fəaliyyətinin yüksəldilməsi vasitəsi kimi” monoqrafiyası nəşr olunmuşdur. Əsərin elmi redaktoru Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ənvər Abbasov; rəyçilər həmin institutun elmi katibi, pedaqogika üzrə elmlər doktoru, professor, əməkdar müəllim Akif Abbasov, institutun böyük elmi məsləhətçisi pedaqogika üzrə fəlsəfə doktoru, dosent Asif Hacıyevdir. Monoqrafiya girişdən, 8 paraqrafı özündə birləşdirən iki fəsildən, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. Əsərin birinci fəslində tədqiqatın ümumi məsələlərindən bəhs olunur. Fəslin ayrı-ayrı paraqraflarında idrak fəaliyyətinin yüksəldilməsi ana dili təlimində mühüm problem kimi nəzərdən keçirilir; problemin pedaqoji, psixoloji ədəbiyyatda qoyuluşu araşdırılır; proqram və dərsliklər, məktəb təcrübəsindəki mövcud vəziyyət təhlil edilir. Monoqrafiyanın “Qrammatik anlayışları mənimsətməklə ibtidai sinif şagirdlərinin idrak fəaliyyətinin yüksəldilməsi” adlanan ikinci fəslə dörd paraqraf daxildir. Bu fəsildə aşağıdakı məsələlərə münasibət bildirilir: “şagirdlərin idrak fəaliyyətini yüksəltmək məqsədilə zəruri qrammatik anlayışların seçilməsi prinsipləri; fonetik anlayışlardan istifadə etməklə idrak fəaliyyətinin yüksəldilməsi; idrak fəaliyyətinin yüksəldilməsində morfoloji anlayışlardan istifadə; idraki fəaliyyətinin yüksəldilməsində sintaktik anlayışlara istinad edilməsi. Monoqrafiya ibtidai sinif müəllimləri, gənc tədqiqatçılar, doktorant və dissertantlar, magistrantlar üçün nəzərə tutulmuşdur.


YZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ