ANA

Oğul düşmən çəpəriymiş,

Çəpər “göyərdə” bilmədim.

Qız dizinin təpəriymiş,

Təpərsizdi dizim, ana…

<<<<Sevinc Qərib>>>>

Özümdən Tanrıya yolam,

Ruhum göylərə körpüdü.

Dərdin yarıtdığı qulam,

Qəmə toxdu gözüm, ana…

<<<<Sevinc Qərib>>>>

Varım-yoxum sözdü elə,

Misra-misra ömr edirəm.

Tale yazan yazdı belə,

Deyirsən döz, dözüm, ana…


Müəllif: Sevinc Qərib

Yazarla əlaqə: Sevinc Qərib

YAZARLAR.AZ 

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ