Akif Abbasov – Akif Nurağa oğlu Abbasov Pedaqoji elmlər doktoru, professor, Pedaqoji və Sosial Elmlər Akademiyasının (Moskva) həqiqi üzvüdür. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür. Əli Bayramlı şəhər 1 və 2 nömrəli məktəblərində, Azərbaycan Pedaqoji Dillər İnstitutunda (hazırda Azərbaycan Dillər Universiteti) təhsil almışdır. Əli Bayramlı şəhərində çıxan “İşıq” qəzeti redaksiyasında müxbir, Sabirabad rayonunun Şıxsalahlı və Qaragüney kənd məktəblərində ingilis dili müəllimi, Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (hazırda Təhsil Problemləri İnstitutu) kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir. Hazırda institutun elmi katibidir. Respublikanın əməkdar müəllimidir, “Tərəqqi” medalına layiq görülmüşdür. “Qızıl qələm” mükafatı laureatıdır. Akif Abbasov ümumtəhsil məktəbləri üçün 5 dərslik və dərs vəsaitinin [“Ailə”, “Ailə həyatının etika və psixologiyası”, ”Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat” (prof. Ə. Əlizadə ilə); “ABC Book”: I sinif üçün ingilis dili dərs vəsaiti (M. Məmmədova ilə); “İngilis dilindən imla və ifadə mətnləri məcmuəsi” (V-XI siniflər üçün)]; ali məktəblər üçün 3 dərsliyin [“Pedaqogika”, “Ailə pedaqogikası”, “Milli əxlaq və ailə etikası”] və 3 dərs vəsaitinin [“Pedaqogika: müxtəsər konspekt və sxemlər”, “İxtisasa giriş”, “Ailə pedaqogikası: Müntəxəbat”], xüsusi məktəblər üçün 4 dərsliyin (“Oxu-2”, “Oxu-3”, “Oxu-4”, “Oxu-5”)], kolleclər üçün “Milli əxlaq və ailə etikası” və “Pedaqogika” dərsliklərinin və proqramlarının, 40-dan artıq kitab və kitabçanın, 200-dən artıq elmi məqalənin, çoxsaylı konfrans materiallarının müəllifidir. “İngiliscə-azərbaycanca pedaqoji-psixoloji lüğət” və “Azərbaycanca-ingiliscə pedaqoji-psixoloji terminlər lüğəti”, V-XI siniflər üçün ingilis dilindən “İmla və ifadə mətnləri məcmuəsi”, “Şagirdlərin hüquq tərbiyəsi”, “Az söylə, söz söylə” (Şərqin şifahi və yazılı abidələrində tərbiyəvi fikirlər)”, “Portret cizgiləri”, “Seçilmiş əsərləri” (12 cilddə – I, III cildlər) və s. kitabları nəşr edilmişdir. Roman, povest, lətifə və hekayə kitabları: “Aldanma sözlərə” (roman), “Samsundan başlayan yol” (roman), “Acı xatirələr” (roman), “Sultan II Murad” (roman), “Fateh Sultan Məhmət” (roman), “Ananın ürəyinə gedən yol” (povestlər və hekayələr”), “Lələşin ayaqqabısı”, “Qız gəlin köçür”, “Xəyanət”, “Qaş düzəltdiyi yerdə”, “Dədəmə oxşayırsan”, “Gəl Məliyin dovğasına”, “Atatürk haqqında hekayələr” (birinci və ikinci kitablar), “Atatürk” (pyes), “Böyük türk” (uşaqlar üçün hekayələr), “Gəlin”, “Xallı kəpənək”, “Dar günün dostu”, “Bir qıçlı öz atasıdır”, “Geydirmə araq”, “Müdirin ayağı”, “Yumruq”, “Yumurta”, “Sənə quzu kəsim”, “Roman, povest və hekayələr”, “Pensiya pulu”, “Hekayələr”, “Pyeslər”, “Əsərləri” (10 cilddə, I-X cildlər), “Töhmət”, “Banu və babası”, “Atilla və babası”, “Uşaqlar üçün hekayələr”, “Taxta qaşıq”. İngilis və rus dillərindən bədii tərcümə kitabları: “Kristi Tökerin ölümü”, “Yağış altında pişik”, “Tiflissayağı boşanma”, “Küçə tinində hadisə”, G.Xuqayev “Andro və Sandro”, T.Esenova “Ali təhsilli arvad”, M.Bayciyev “Duel”, Q.Qrin “Canlılar yaşayan otaq”, U.S.Moem “Yolagəlməz qadın”, “Yağış” və “Edvard Barnardın ruh düşkünlüyü”. Professor Akif Abbasovun elmi rəhbərliyi ilə 35 nəfər pedaqogika üzrə elmlər doktoru və fəlsəfə doktoru yetişmişdir.

Yazarla əlaqə: Akif Abbasov


YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ