Yağış yağır…
Yağış yağır səhər-səhər,
Damcıları üz-gözümə səpələnir,
Dodağıma qonduqca hər damlaları,
Dodağıma toxunduğun o anları xatırladır.
Yağış yağır səhər-səhər,
Küləyiylə sözlərini qulağıma pıçıldayır,
Dərdlərimi unutdurub sənsizliyi məndən alır.
Yağış yağır səhər-səhər,
Kölgəsi sənin kölgən tək
Mənim ilə addımlayır,
Sanki elə yanımdasan
Əllərimi qucaqlayır.
Yağış yağır səhər-səhər,
Səmadan o baxışların,
Gizlin-gizlin mənə baxır,
Alıb mənim ürəyimi buludların ağuşuna,
Gizlin sənin qucağına alıb qaçır.
<<<<GÜLNAR ÜMİD – ŞEİRLƏR>>>>
Yuxum…
Gördüyüm nə idi, bu gecə görən?
O gün gileyliydi, bu gün də peşman.
Sevinci əlində külüng tək gorən,
Həsrətin dağların yarirdi yaman.
Görəsən yuxumu nəyə danışım?
Deyirlər işığa,suya danışim,
Qorxuram yozulmaz niyə danışım,
Qalan ümidi də aparar aman.
Gördüyüm yuxudan ayılmaz olum,
Səhər açılmasın,tək yalqız olum,
Yox yox ,bax sehirli pəri qız olum,
Bircə öpüşunlə qayıtsın zaman.
Ömrün illəri…
Ömrümü toxudu günlər,
Rənglərdən rənglərə keçib,
Nə yaman ötdü tez illər
İlmədən ilməyə keçib,
Yuxusuna haram qatdım,
Anam laylay çaldı yatdım,
Addım-addım ayaq atdım,
Bələkdən iməyə keçib.
Nə ömürdü yaşayıram,
Duz yükünü daşıyıram,
Yaralari qaşıyıram,
Sümükdən iliyə kecib.
Neylirəm qızıl teşdi mən,
İçinə qan qusarsan sən,
Cismin sanar cənnətdəsən,
Ruhun cəhənnəmə keçib.
Kasıbın ürəyi dolu,
Boş qalıbdır sağı,solu
Varlıların ürək yolu
Kasıbdan yeməyə keçib.
Vicdanıma sus, sus dedin,
Gunahları qus,qus dedin,
Yalanlara kabus dedin,
Doğrular tələyə keçib.
Göstərib yolun sonunu,
Geyinib haqqın donunu,
Gülnar fələyin yolunu,
Döndərib qibləyə keçib.
21.08.2020
Qaldım yetim…
Deyirlər ki, usaqlar anadan yetim qalır,
Menim anam vətəndir, vətəndən qaldim yetim.
İnsanlar böyüdükcə arzular kiçik qalır,
Boyudukcə qürbətdə ,arzudan qaldim yetim,
Dağların çicəyini anama gətirərdim,
Anamın gözlərində kədəri bitirərdim,
Oynadığim oyundan, bir xəbər yetirərdim,
Qırildi oyuncağım ,oyundan qaldîm yetim.
Qayalari isladib həna cəkdim əlimə,
Qirmizi lent goturub, bağladim mən belimə,
Qonşudakı oğlanı bəy eylədim ozumə,
Qol açıb oynadığım ,toyumdan qaldım yetim.
Dəftər, kitab ,qələmim, çantamla bir gedərdim,
Məktəbə çatmaq üçün o körpunü keçərdim,
İlk dərsi bilməyəndə dərsimə gecikərdim,
Oxunmayan şeirdən, nağıldan qaldım yetim
Gecələri yuxumda qonaq gələrdim sənə,
Bulağından bir səhəng su gotürərdim yenə,
Mən nə qədər gorəcəm səni yuxuda denə?
Yollarına boylanan, boyumdan qaldım yetim.
Bu il qış sərt keçəcək, şaxda boran qar deyir,
Əynini mohkəm geyin, pal-paltara sar deyir,
Həsrət bitənə kimi , soyuq havalar deyir
Sinoptikdə deyilən, havandan qaldım yetim.
Ömrümün xalçası…
Mən ömrümün xalçasını, həsrətinin naxışıyla toxudum.
İlmə-ilmə gəzib səni,tapmaq üçun ərişləri qoxudum.
Toxuduqca hər ilmədə, sənə aid rənglərini gəzdi gozum,
Rəgbərəngdə səni tapdım, ağ qarada ilmələrtək itdim özüm.
Getdiyim,mən keçdiyim,o yolların nə kərkidi, darağı var,
Nə də sökülmüs illərın ,yenidən toxunmağa marağı var.
İllərimi illərimə bənd elədim,bir yasadim həvəylə,
Didik-didik eyləmisən,məni səndən qoparmısan güvəylə.
Sənli ömrü düz toxuyub,tərs sökdüm xalça yenə yarım qaldı,
Çəkdi serhəd xovlarindan,çeşnəni xalcadan yenə gen saldı…..
21.08.2020
Müəllif: Gülnar Ümid
.
===================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ