ismercc

İSMAYIL  MƏRCANLI  İMANZADƏ

1946-cı ildə Cəbrayıl rayonu Mərcanlı kəndində anadan olan İsmayıl İmanzadə uzun illər orta məktəblərdə müəllim, bir müddət isə dövlət qulluğu sahəsində çalışıb. Lakin harada çalışmağından asılı olmayaraq onun sinəsindəki şair ürəyi həmişə könüllərə xoş duyğular bəxş edən qanadlı misralar pıçıldayıb. İsmayıl həmin pıçıltıları obrazlı bir şəkildə ağ vərəqlərə köçürüb. Bu pıçıltılarda hər cığırı, hər dolayı ona doğma olan yerlərin mənzərəsi, şəlalənin nəğməsi, çayların şırıltısı, bulaqların zümzüməsi, yarpaqları xəzələ çevrilən meşələrin payız pərişanlığı da, torağaylı çöllərin yay duyğuları da, gənclik illərinin sevdası da öz əksini tapıb. Amma ötən əsrin 90-cı illərində Mingəçevirə üz tutaraq məcburi köçkün taleyi yaşayan istedadlı şairin misralarına düşmən tapdağı altında inləyən Vətən torpaqlarının harayı, çinar həsrəti, yurd nisgili də hopub. Məskunlaşdığı şəhərdə ədəbi mühitin formalaşmasında böyük əməyi olan İsmayıl İmanzadə hazırda Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri kimi fəaliyyət göstərir. (İlkin mənbə:azertag.az )

YZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ