QƏLƏNDƏR XAÇINÇAYLI VƏFAT EDİB – BAKIDA DƏFN OLUNUB
Bu gün çoxumuzun yaxşı tanıdığı gözəl insan, jurnalistikamızın tanınmış simalarından biri, öz sözü, öz qələmi, öz dünyası olan, Azərbaycan Yazıçılar Birliyinin (AYB), Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, “Tərəqqi” medallı tədqiqatçı-yazar, tanınmış şair- publisist, fədakar jurnalist Qələndər Xaçınçaylı günorta saatlarında koronavirusdan (COVİD 19) müalicə aldığı xəstəxanada vəfat etmişdir. Bildiyiniz kimi, şair avqust ayının 5 – dən “Yeni Klinika” tibb mərkəzində müalicə olunurdu. Təəssüfki, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmadı. Qələndər Xaçınçaylı axşam saatlarında Bakı şəhərində dəfn olunub. Allah rəhmət eləsin. Ruhu şad olsun. Şairin vaxtsız vəfatından kədərləndiyimizi bildirir, başda professor Qurban müəllim olmaqla bütün doğmalarına, yaxınlarına, onu sevib bu şəkildə əbədi ayrılığına üzülən hər kəsə başınız sağ olsun deyirik. Sözün əsl mənasında jurnalistikamızın ön cəbhəsində böyük itki vermişik… Vətən sağ olsun!!!
Qarabağın gözəl guşələrinin birində -Ağdamda doğulub boya-başa çatan Qələndər Xaçınçaylı Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, tədqiqatçı-jurnalist, tanınmış şair – yazıçı, publisistdir… 1981-ci ildən mətbuatda müntəzəm olaraq şeir və məqalələrlə çıxış edir. Şeirləri “Ədəbiyyat və incəsənət”, “Kommunist”, “Bakı”, “Savalan”, “Azərbaycan pioneri”, “Fəryad”, “Meydan”, “Səs”, “Gələcək gün”, “Ədalət”, “Təzadlar” qəzetlərində, “Azərbaycan”, “Ulduz”, “Müxbir”, “Kənd həyatı”, “Göyərçin”, “Pioner” jurnallarında ardıcıl olaraq çap edilib. Həmçinin, “Gənclik” nəşriyyatının “almanax”larında əsərləri oxuculara təqdim olunub.
Onun ilk kitabı “Qarabağın ağlar gözü” (1998) adlanır. İndiyənə qədər Qələndərin bir-birinin ardınca “Qarabağa gedən yollar” (2000), “Dünya mənim söz qalamdır” (2004), “Dərd ürəyimdə mamır bağlayıb” (2006), “Qeyrət qalası” (2007), “Yaza tələsən çiçək” (2008), “El ağsaqqalı” – publisistika (2008), “Şərəfli ömür” – (publisistika, 2009), “İkinci ömrümü yaşayıram” (2011), “Gözləmə” (2012), “Ömür mənalı keçəndə” (2012) şeir və poemalardan ibarət kitabları nəşr olunub. İlk nəsr əsəri olan və 20 Yanvar, Qarabağ müharibəsi qəhrəmanlarından bəhs edən çox maraqlı “Güllə işığında” povesti çap olunub. Onun kitablarının adlarından da göründüyü kimi, Qələndər Xaçınçaylı bütün yaradıcılığını Qarabağ müstəvisində, vətənpərvərlik və mübarizlik çevrəsində toplayır.
===================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ
Allah rəhmət eləsin
BəyənBəyən