Görəsən niyə uşaqlıqda tez böyüməyi istədiyimiz halda , indi zamanı dondurub , ya da arxaya çevririb uşaq olmaq istəyirik ?. Mahnıda deyildiyi kimi ” Ötən günlərimi qaytaraydılar , gələn günlərimi qurban verərdim”.
Hər halda geridə qoyduğumuz acılı – şirinli günlərlə , anlarla bərabər yaşadığımız hər yaş bizimdir . Elə yaşamalıyıq ki , geri boylandıqda etdiyimiz əməllərdən xəcalət çəkməyək , əksinə yaşadıqlarımizdan qürur duyaq , onu gələcəyimizə bir stimul , bünövrə hesab edək:
Bu necə sevdadı düçar olmuşam,
Qəfil uğradığım qəza bu mənə.
Bu yaşda, bu başda vallah, bəlkə də
Kəsilən ən ağır cəza bu mənə.
Dərdi dönüb gəlir qoşuna hər gün,
Səbəbdi gözümün yaşına hər gün.
Neynim, dolanıram başına hər gün,
Qismət olub deyə təvafı mənə.
Ən çox özümlədi davam, barışım,
Bu son baharımdı, bu da son qışım…
Doğrum harda görən, harda yalnışım,
Göstərin günahı, savabı mənə…
Bir az səksəkəlim, ürkək, qorxulum,
Neyləyim, nətəhər dəyim, toxunum…
Bu behişt ətirlim, cənnət qoxulum,
Çəkdirir cəhənnəm əzabı mənə…
Adi qəm olsaydı, adi qəm, bəlkə
Çəkdikcə olmazdım belə dəm bəlkə…
Çaşıb mələyini sevmişəm, bəlkə
Tutubdu Tanrının qəzəbi mənə?..
<<<<Nailə İsmayı—-Nailə İsmayıl>>>>
Məni axtardığın yerdə tapmasan,
Ağla, gözlərinin yaşına dönüm.
Yağış əvəzinə yalqızlıq yağır,
Bir az səbirli ol, başına dönüm.
Yenə misralara daşıyım səni.
Bomboş küçələrdə üşüyərsən, gəl
İsti divarına, daşına dönüm.
Gündüzün günlərə qarışıb itib,
Gecələr yuxunun gözündə bitib.
Bəlkə də, xəyalım yadından çıxıb,
Gəlim kirpiyinə, qaşına dönüm.
Demirəm həyatın, nəfəsin olum
Bir qurtum yaşamaq həvəsin olum.
“Bəlkə”ni əkənlər bitmir deyirlər,
Kaş ki, həyatının “kaş”ına dönüm.
<<<<Nailə İsmayı—-Nailə İsmayıl>>>>
Dayanaq beləcə könül – könülə,
Min illik yol qalsın
Gündüzə qədər.
Aya istəmirəm , ay yaxındadı ,
Gəl gedək ən uzaq ulduza qədər.
Uzansın bu gecə
Sonsuza qədər…
<<<<Nailə İsmayı—-Nailə İsmayıl>>>>
===================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ