qelender-x

Qələndər Xaçınçaylı

şair – publisist.

Günəş içığını gözləyir onlar

Dünya bir möcüzədir,
Hər mözüzənin içində
bir gözəllik var.
O gözəllik ki,
İnsan həyatı qədər
Şirin sevgilərlə doludur.
Onu görüdükcə yaşıyırsan.
Ö gözəllikdən bir kam alırsan,
Ruhuna,
Qanına hopur sənin.
İçində, qəlbində alovlanırsan,
Şairin həssas duyğularına toxunduqca
Kövrək misralara,
Pıçıltılara,
həzin nəğmələrə çevrilir.
O pıçıltılara,
O nəğmələrə,qilaq asdığca
Səndə həyat yaşantısı,
Segin,
yaşamağa inamın daha da artır.
Ulduzlar,
Siyah ulduzlar
Bir-birlərunə necə baxışırlar.
Parlamaq üçün,
Bir-birlərinə aşiq olmaq,
Bir-birinə qovuşmaq üçün
Günəş içığını gözləyir onlar.

<<<<Qələndər Xaçınçaylı>>>>

Bir qız gəldi dünyaya
(Şəhid gizir Yaşar Babayevin qızı Narin balaya!)

Bir qız gəldi dünyaya
Atasından xəbərsiz.
Baxdı Günəşə,Aya
Atasından xəbərsiz.

Axtardı gözlərində
Atasını görmədi.
Təzə körpə baxışı
Sevinmədi, gülmədi.

Çünki vətən yolunda
Atası şəhid olmuş.
Dünyaya gələn fidan
Ana bətində duymuş.

Bir qız gəldi dünyaya
Şəhid ruhu sevindi.
Ananın gözlərindən
Göz yaşları ələndi.

Sağlığında qoymuşdu
Öz qızına bu adı.
Boy atıb, böyüyəcək
Onun Narin övladı.

Dünyamızın ən xoşbəxt
Bir qızına dönəcək.
Şevincini hər zaman
Vətəniylə böləcək,

<<<<Qələndər Xaçınçaylı>>>>

İçim yanır, içim….

İçim yanır, içim,
Düşmən qanı verin, içim.
Biraz səngiyə bilim,
Biraz özümə gəlim,
Nəfəsimi dərə bilim…
İçim yanır, içim,
Yanır əlçim, əlçim,
Yanır lay-lay.
Bulud-bulud qopur harayım.
Şəhid oldum,
Torpağa qanım axdı,
Vətən qana böyandı,
Hər yan od tutdu, yandı…
İçim yanır, içim,
Yana-yana içim oyandı,
Gözlərimin önundə
Qanlar axır,
Candan can gedir.
İgid qəhrəman oğullar,
Tabut tabur Bayrağa bükülüb
Oğullar ata çiynində
son mənzilə gedəndə…
Siz ey vətənin çörəyini yeyənlər,
Havasını udub,
suyunu içənlər,
Allah hər şeyi görür.
İçim yanır, içim,
Şəhid analarının,
Şəhid balalarının
Axan göz yaşlarını görəndə
Necə susum mən,
Yolunda şəhid olan
Qanı torpağıma axan
Vətənimdir, vətənimdir…
Aç kör gözlərini,
Qulağı kar olan
Bu gün dara düşən
Vətən mənimdir,
Vətən sənindir,
Vərən onundur,
Vətən hamımızındır…
Vərən canımızdır…
Off…off!!
İçim yanır, içim,
Düşmən qanı verin, içim, içim…

Müəllif: Qələndər Xaçınçaylı

YZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ