emin bayramlı

Azərbaycanın gözəl bölgələrindən biri olan Salyan rayonunun Kərimbəyli kəndində yaşayan 10 yaşlı balaca şair Emin Bayramlı istedadı və qazandığı uğurlarla hər gün daha çox fəxrimizə çevrilir. Həsən Şahbazov adına məktəbin 4-cü sinif şagirdi olan Eminin istedadını görən şairə Esmira Günəş onun şeirlərini 2019-cu ildə “Günəşin Nuru” antologiya layihəsində dərc etdirdikdən sonra bu balacanın uğurları daha da artmağa başladı. Bir neçə qəzet və jurnallarda dərc olunan Emin Bayramlı öz youtube kanalında paylaşdığı qısa videoları ilə də diqqət mərkəzində olmağı bacardı. Bir çox xarici mətbuatın diqqətini çəkən istedadlı şagirdimiz dəfələrlə Türkiyə mətbuatında paylaşıldı və hətta Türkiyənin “Maki” dərgisində belə şeiri nəşr olundu. 2020-ci ildə Esmira Günəşin şəhidlərimizə həsr etdiyi “Unutmadıq şəhidim!” layihəsində də fəal iştirak edən, durmadan öz üzərində çalışan, hər zaman böyüklərinin nəsihətini diqqətlə dinləyib nəticə çıxarmağı bacaran balaca istedadın bu dəfəki uğuru isə bütün ölkəsinin sevincinə səbəb oldu. Bu yaxınlarda Emin Bayramlının uşaq və gənclərin yaradıcılıq birliyi olan UNESCO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının üzvlüyünə seçilməsi bir daha sübut edir ki, Emin Azərbaycanın fəxri gənclərindən biri olacaq.
EVS
Emin Bayramlının UNESCO da qazandığı uğurlarla bağlı təhsil aldığı məktəbin direktoru Ramil Zeynalovun və Akademiyanın Azərbaycan nümayəndəliyinin rəhbəri Böyükağa Mikayıllının da əziyyətləri böyükdür. Eminin ailəsi onun istedadına biganə qalmayıb, dəstək olan hər kəsə saytımız vasitəsiylə təşəkkürlərini bildirir. Biz isə Eminin növbəti uğurlarını səbirsizliklə gözləyirik. Uğurların hər zaman bol olsun balaca şair.
Müəllif: Esmira   Günəş==============

YZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ