Hacan Hacısoy ( Hacan Qulu oğlu Hacıyev ) 1946-cı ildə Gücüstanın Qaraçöp mahalında anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1964-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun neft-mədən fakultəsinə daxil olmuş və 1969-cu ildə oranı bitirmişdir. 1969-1971-ci illərdə “Qaradağneft” Neft və Qazçıxarma İdarəsində işlədikdən sonra, əmək fəaliyyətini Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat Layihə Neft İnstitutunda davam etdirmiş, 1978-ci ildə qiyabi aspiranturaya daxil olmuş, 1982-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1979-1993-cü illərdə Neft və Kimya İnstitutunda böyük mühəndis, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində, 1993-1996-cı illərdə Azərbaycan Dövlət Neft Şirkətinin Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində aparıcı mühəndis vəzifəsində işləmişdir. 1996-2004-cü illərdə Azərbaycan Respublikasının Gürcüstanda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışmışdır. Hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində “Neftin, Qazın Geotexnoloji Problemi və Kimya Elmi-Tədqiqat İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır.
Hacan Hacısoy 100-ə yaxın elmi məqalənin və bir çox publisistik məqalələrin, 5 bədii kitabın müəllifidir. Elmi və publisistik məqalələri Türkiyədə, İranda, Rusiyada, Almaniya və Avstriyada çap olunmuşdur. İstanbulda “Üçləmə adlı şeirlər kitabı çap olunmuşdur.
Azərbaycan Respublikasının “Əməkdar müəllimi”, AYB-nin üzvü, Beynəlxalq Atatürk və Yunus Əmrə Mükafatları laureatıdır. Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi var.
Evlidir, 2 övladı var.
===================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ