sazl

Bir səbəb var…

Gecələr yatmamağın bir səbəbi var, o da sən,
Necəsən, ey məni məndən eləyən yar, necəsən ?

Savalan tək uca bir qəddi əyilməz dağ idim,
Qəddimin bir rəqəmin gör necə vurdun heçə sən.

Tanıyır hamı səni, bir vəfasiz qonça kimi,
Sınadım mən də elə xalq nə deyirsə eləsən.

Bir ovuc ət yığını, bir metr altmış da boyun,
Dağa döndükdə ama ən yekə dağ dan yekəsən.

Sevgimi qanım ilə öz sinəm üstündə yazıb,
Bir ömürdür küçədə gözləyirəm ki, keçəsən..

Çəkdiyim qəm-kədərin qiyməti yoxdur sən üçün,
Ah, görüm mən çəkəni sən də bir axşam çəkəsən!

Yusifin qiyməti yox qul bazarında sən üçün,
Sən Züleyxa de görüm, qul bazarında neçəsən?

Mənim aşiqlərimi tanrılar içrə arayın,
Saymanın insan içində dəyəri yox, deyəsən…
Müəllif: Sayman Aruz

YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ