fotos

BİR QRUP ZİYALININ VƏ İCTİMAİ FƏALLARIN XALQA MÜRACİƏTİ
Əziz xalqımız!
İki əsrə yaxındr ki, xəyanətkar qonşumuz olan erməni şovinistləri “Böyük Ermənistan” yaratmaq uğrunda mənfur ideyalarını həyata keçirmək üçün Azərbaycan torpaqlarında xalqımıza qarşı faciələr, soyqırımlar həyata keçirməkdə davam edir.
Təcavüzkar niyyətini heç vaxt dəyişməyən yarımüstəqil, işğalçı Ermənistan pandemiyanın dünyada, o cümlədən regionda tüğyan etdiyi bir dövrdə öz çirkin əməlindən əl çəkməyərək, Azərbaycan Dövlət sərhəddini yenidən pozmuşdur. Təxribat törədən düşmən odlu silahlardan atəş açaraq ikiqat müharibə şəraiti yaratmışdır. COVİD-19 və mübarizə zərurəti!
Lakin bu mürəkkəb şəraitdə Azərbaycan Ordusu düşmən təxribatının qarşısını almış, ona qətiyyətli, sarsıdıcı zərbələr endirmişdir. Düşmənin xeyli miqdarda canlı qüvvəsi, hərbi-texnikası və sursatı sıradan çıxarılmışdır. Ordumuzun bu zərbələri nəticəsində düşmən tərəf qorxuya düşərək, cəbhə bölgəsindən qaçmağa başlamışdır.
Əziz xalqımız! Cəbhədə yaranan bu gərginlik bizdə müəyyən məyusluq yaratsa da, digər tərəfdən böyük qürur hissinə səbəb olmuşdur. Biz canlı bir tarixin şahidi olduq!
Düşmənin bu təxribatı zamanı həlak olan Şəhidlərimizi xalq böyük ruh yüksəkliyi ilə, alqışlarla, öz balası kimi son mənzilə yola saldı. ALLAH HƏR BİRİNƏ RƏHMƏT ELƏSİN!
Vətən oğullarımız cəbhə bölgəsinə can ataraq, əsgərlərimizlə çiyin-çiyinə döyüşmək istəyini nümayiş etdirdi. Milli dövlətçilik şüurunun yeni təkamül müstəvisinə keçmiş on minlərlə vətəndaşımız möhtəşəm yürüşə qatıldı. Onlar orduya, Ali Baş Komandana dəstəyini ifadə edərək torpaqlarımızın işğaldan azad olunması üçün müharibəyə, səngərə atılmağa hazır olduqlarını bildirdilər. “Azərbaycan!”, “Torpaqlarımıza azadlıq!”, “Qarabağ!”, Şəhidlər ölməz, vətən bölünməz!” adlı şüarlarını səsləndirərək paytaxtımızın küçələrinə axışdı. Bu yürüşə ətraf rayonlardan, qəsəbələrdən də qatılanlar çox oldu. Bu yürüş vətənə olan sevginin təzahürü idi. Hər bir yurddaşımız səfərbərlik istəyirdi. Hansı xalqın bu qədər könüllüsü vardır? Bu çox möhtəşəm və qürurverici idi!
Bütün dünya azərbaycanlıları, həmçinin Avropada yaşayan həmvətənlərimiz yekdilliklə ayağa qalxdı, “Vətənimiz Azərbaycan, səninləyik!” dedilər. Vətən uğrunda döyüşə hazır olduqlarını bildiridilər.
Yürüşdə polis, ordu və xalqın həmrəyliyi, ümumi məqsəd naminə coşğu ilə birgə addımlaması, xalqımızın bütövlüyünün, yüksək ictimai mədəniyyət göstəricisi olaraq dünya üçün də bir nümunə oldu. Xalqın əzmini sındırmaq, vətənpərvər ruhuna kölgə salmaq istəyənlərin qanunsuz əməlləri yürüş iştirakçıları və polisin birgə səyləri nəticəsində baş tutmadı. Düşmən dəyirmanına su tökənlər və düşmənin özü də gördü ki, Azərbaycan xalqı öz birliyini qoruyub saxlamışdır . Qarabağın işğalı ilə barışmayan xalq torpaqlarını müharibə yolu ilə azad etmək, şəhidlərimizin qisasını almaq üçün Ali Baş Komandamızdan müharibə əmri almaq niyyəti ilə ayağa qalxmışdır. Mənasız fikirlərə düşən ermənilər və havadarları bir daha anladılar ki, uzun illərin əsarəti, zülmü, işğalı altında yaşamağa məhkum olan xalq nəinki Qarabağı ala bilər, hətta ata-baba yurdumuz olan İravanı da ələ keçirə bilər! Bu yolda qazi və ya şəhid olmağı həyat amalı, məslək əqidəsi hesab edən xalqın Mübariz İbrahimovları çoxdur! Əsas məqsəd torpaqlarımızı azad etməkdir!
Bütün bu dediklərimizi nəzərə alaraq hər bir vətəndaşımıza ikiqat müharibə şəraitində daha da məsuliyyətli, həmrəy olmağı, ümumi və həlledici qələbə naminə öz fəaliyyəti sahəsində bacardığı qədər fayda verməyi arzu edirik.
Hörmətli Xalqımız!
Böyük sərkərdə Napoleonun “General olmaq istəməyən əsgər əsgər deyil” fikrinə Azərbaycan Hərbi tarixində əsgər kimi deyil, məhz general kimi şəhid olan 3 generalımız –Həzi Aslanov, Məmməd Əsədov, İsmət Qaybov kimi fədailərimiz də var.
Onların layiqli davamçısı kimi biz bu yaxınlarda ön cəbhədə əsgərlərimizlə bir sırada çiyin-çiyinə vuruşan qəhrəman generalımız Polad Həşimovu gördük. O generalı ki, aprel döyüşlərində göstərdiyi şücaətə görə dövlət tərəfindən mükafat olaraq ona verilən evi bir şəhid ailəsinə bağışlamışdı. O general ki, indiki döyüşlərdə canından artıq sevdiyi vətəni, xalqı yolunda vuruşaraq fədakarcasına şəhid oldu.
Xalqımız döyüş zamanı dördüncü generalını itirdi.
Unutmayaq ki, generallarımızın hər birinin ölümü iyrənc qonşularımızın məkri sayəsində həyata keçib.
Əminik ki, dövlətimizin keşiyini çəkən, vuruşan, fədakarlıq göstərən, qəhrəmancasına həlak olan əsgər və zabitlərimiz dövlətimiz tərəfindən öz layiqli qiymətini alacaqdır.
Əziz həmvətənlər!
Vətənin çətin günlərində göstərdiyiniz yüksək vətənpərvərliyinizlə, birliyinizlə, Dövlətimizə və rəşadətli Ordumuza möhtəşəm dəstəyinizlə qürur duyuruq və sizinlə həmrəy olduğumuzu bildiririk.
ALLAH şəhidlərimizə rəhmət eləsin, yaralı qardaşlarımıza şəfa versin! Azərbaycan Respublikasına Xidmət edirik!!
Nəcibə İlkin
Sadiq Qarayev
Əsəd Cahangir
Fazil Mustafa
Səfər Alışarlı
Varis Yolçuyev
Vaqif Hicran
Ayaz Arabaçı
Afiq Məmmədov
Ramiz Qusarçaylı
Kəmaləddin Qədim
Abdulla Məmməd
Adilə Nəzər
Naringül Nadir
Xalidə Nuray
Murad Köhnəqala
Əlibəy Azəri
Rizvan Cəfərli
Süleyman Abdulla
İlqar Türkoğlu
Aləm Kəngərli
Zaur Ustac
Naibə Yusif
Vüsal Oğuz
Elçin Əfəndi
Aləmzər Sadıqqızı
Şahmad Şuşalı
İlham Qazaxlı
Yaşar Süleymanlı
Savalan Talıblı
Kəramət Böyükçöl
Kənan Hacı
Şərafəddin Ilkin
Rəfiqə Abbasova
Manaf Qacar
Arifə Əliyeva
Anna Mir
Aysel Səfərli
Elli Atayurd
Kamal Camalov
Xatirə Rəhimli
Yaşar Bünyad
Umuxanım Hüseynzadə
İntiqam Yaşar
Kamal Camalov
Cavid İsmayıl
Elşad Barat
Anara Babayeva
Nazilə Gultac
Zeynəb Dərbəndli
Əlisahib Hüseynli
Qorqud Əjdərov
Adilə Ağabəyova
Səyyarə İbadullayeva
Ayaz İmranoğlu
Şiringül Musayeva
Sənan Həsənov
Elçin İbrahimov
Arif Məhərrəmov
Şahlar Göytürk
Həcər Paşayeva
Seyidnisə Bagirova
Azər Cəfərov
Səbahəddin Çingizoglu
Əlizaman Baxış
Nadir Ziyadlı
Çiçək Həsənova
Mətanət Duygulu
Təranə Əliyeva
Xuraman Camalqızı
Rəşad Məhəmmədoglu
Arzu Göytürk
Edib Isaoģlu
Şahlar Göytürk
Sənan Həsənov
Zeynəddin Sabanov
Rasim Heydərov
Teyyub Quliyev
Sevinc Qadir Quliyeva
Şamil Sabiroglu
Alim Ismayıl
Elçin Ismayıl
Təvəkkül Goruslu
Gunay Məmmədova
Gulhuseyn Kazimov
Besti Ismayilova
Xatire Rzayeva
Gulaga Refiyev
Oruc Orucov
Lilpar Cəmşidqızı
Guler Natiq İsaq
Vusal Agayev
Meyxoş Abdullah
Gulnare Sadiq
Elza Mollayeva
Sevda Mikayilova
Məhəmməd Nərimanoglu
Elməddin Həbiboglu
Mahire Nerimanqızı Mahi
Mahmud Yusifli
Əli Əli bəyli
Namiq Cəfərli
QEYD
Mətni yazıçı-alim Sadıq Qarayev, yazıçı Aləm Kəngərli və şair-publisist Nəcibə Ilkin hazırlayıb.

YZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ