Qəlbimin atəş,közü,yenə Ağdam olaydı.
O bazarın yanında,Kuybişev oylağında,
Sarıtəpə yolunda,qədim bir ocaq vardı,
Yenə Ağdam olaydı, yenə Ağdam olaydı.
Ömrümün cavan çağı,sevgilimdə yanımda,
Atamda sağ olaydı,anam mənim toyumda,
Oynayaydı sevincək,mənim toy mağarımda,
Yenə Ağdam olaydı, yenə Ağdam olaydı.
Dəcəl uşaq olaydım,yollanaydım məktəbə,
Bir az özümə gəlib,son qoyaydım həsrətə,
Nənəmin boyun sevib,əl verəydim əmimə,
Yenə Ağdam olaydı, yenə Ağdam olaydı.
Qonşumuz Əsgər kişi,Zakirdə sağ olaydı,
Məhidə işdən gəlib,atamı soruçaydı,
Qardaşım Adil getdi,indi dünyası haqdı,
Yenə Ağdam olaydı, yenə Ağdam olaydı.
Nə olardı ay Allah,tarix geri dönəydi,
Sevgilimdə məktəbdən dərsin deyib gələydi,
Bağçada stol açıb,bizə çayda verəydi,
Yenə Ağdam olaydı, yenə Ağdam olaydı.
Axşam üstü yığışıb,Dosluğa yollanaydıq,
Təzə hind filiminə,həvəs dolu baxaydıq,
Doslarımla çay içib,yazaydıq,yaradaydıq,
Yenə Ağdam olaydı, yenə Ağdam olaydı.
Ömür getdi,gün getdi, haçan dönəcəm yurda,
Axı hey alışıram ,qovruluram bir qorda,
Ömür desən verərdim,mən vətənin yolunda,
Yenə Ağdam olaydı, yenə Ağdam olaydı.
Vidadi qocalıbdı,ayrılıq üzüb onu,
Fələk yaman bağlayır,onun getdiyi yolu,
Qobu-Park məskən olub,heç anlamır bu oynu,
Yenə Ağdam olaydı, yenə Ağdam olaydı.
Müəllif: Vidadi Ağdamlı
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac