zaur ustac k

Müasir dövrümüzdə “KİTABSEVƏR” olmaq, yəni ənənəvi kağız formatında olan kitabları oxumaq, yeni kitabları kitab dükanlarından alıb, evlərimizə aparmaq, maraqlı və ya faydalı bir kitabın şəxsi kitabxanamızda olması, evimizdəki kitab rəfimizi bəzəməsi bizə nə verir? –  “…heç kitab oxumayanlar yalnız öz həyatını  – bir həyat, çoxlu kitab oxuyanlar isə oxuduqları kitabların sayı qədər müxtəlif həyatlar yaşamış olurlar…” – Bir Kitabdan.

Hər il avqustun 9-u Beynəlxalq kitabsevərlər günü, “KİTAB  GÜNÜ “  kimi qeyd edilir. Kitabsevərlər xüsusi insanlar sayılır, onlar elektron resurslar istifadə etmədən “canlı” kitablar oxuyurlar. Axı, hamıya bəlli olduğu kimi, müasir dünyada yeni kitabı özü ilə evə götürmək üçün bütün günü kitab mağazalarını, kitabxanaları gəzən insanlara rast gəlmək çox çətindir. Bununla əlaqədar  olaraq, gözəl şeir söyləyərək, həmçinin yeni maraqlı kitab təqdim edərək bütün kitabsevərləri  bayram münasibətilə təbrik etmək lazımdır.

Bir çox bayramlar hər hansı ölkədə yaranaraq və millilik statusu alaraq vaxt keçdikcə məşhurlaşır və ölkədən kənara yayılanda  beynəlxalq (qeyri-rəsmi olaraq) bayrama çevrilirlər. ABŞ-ın Kitabsevərlər günü ilə də belə baş verib. Amerikada yaranan bayram demək olar ki, dərhal dünyanın bir çox yerlərində pərəstişkar qazanaraq Beynəlxalq kitabsevərlər gününə çevrilib. Bu bayram hər il avqustun 9-da qeyd edilir.

9 avqust Dünya Kitabsevərlər Günüdür! – Önümüzdə  olan bir ay vaxtı yaxşı dəyərləndirin. “Evdəqal”dan, yay tətilindən səmərəli istifadə edərək, bu gözəl günə hazırlaş! Aşağıdakı kitabxana ling-keçidlərdən istifadə edərək çoxlu maraqlı kitablar oxuyub, maraqlı həyatlarla tanış olmaq fürsətindən yararlan! Sonda girişdə gətirdiyimi sitatı bir daha xatırlatmaq istəyirəm: – “…heç kitab oxumayanlar yalnız öz həyatını  – bir həyat, çoxlu kitab oxuyanlar isə oxuduqları kitabların sayı qədər müxtəlif həyatlar yaşamış olurlar…” – Bir Kitabdan.

TAMAM   PULSUZ  VƏ  TƏHLÜKƏSİZ   ELEKTRON   KİTABXANALAR:


AZƏRBAYCAN  MİLLİ  KİTABXANASI

MİLLİ   VİRTUAL  KİTABXANA

MİLLİ   VİRTUAL  KİTABXANA

AZƏRBAYCAN  ƏDƏBİYYATININ   V K

PREZİDENT   KİTABXANASI

YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ