xaqni

XAQANLIĞIN   SÖZ   ZİRVƏSİ

(Yeni nəşrlər)

“Kitab oxumaq mədəniyyətdir”. Bu fikir dünyanı cənginə alan koronavirus (COVID-19) pandemiyası dövründə formasını və məzmununu bir qədər dəyişib. “Evdəqal” çağrışına əməl edənlərin əksəriyyətinin kitablarla ünsiyyəti çoxalıb. Günün əksər saatlarında ən yaxın dostları kitab olub.
Bu fikirdə olanlar yalnız kitabxanaçılar deyil, həm də oxuculardır. Bir vaxtlar kitab oxumağa vaxtın olmamasından gileylənirdik: “Bir bəhanə də “yaxşı kitab”ların azalması, yeni nəşr edilənlərin isə oxucu zövqünü oxşamaması idi.
Yeni nəşr edilən kitabların əldə edilməsi də bir problemdir, çünki onların əksəriyyəti müəlliflərin özləri və ya sponsorların hesabına çap edilir, həm də az tirajla”.
Bütün bunlarla yanaşı, elə kitablar da işıq üzü görür ki, qısa vaxtdan sonra az tapılanlar sırasına daxil olurlar. Azərbaycan, İraq-Türkmən, Özbəkistan yazıçılar və jurnalistlər birliklərinin üzvü, Türkiyə Avrasiya Sanat Kütür Edebiyyat Federasyonunun Azərbaycan üzrə başkanı, yazıçı-publisist Sona İsmayılovanın sayca doqquzuncu kitabı, “Elm və təhsil” nəşriyyatında çapdan yeni buraxılan “Sözün xaqanı” da oxucuların axtardığı kitablardandır.
Kitabın redaktoru – filologiya elmləri doktoru, professor Nadir Məmmədli “Tarixin söz aynası” adlı ön sözdə qeyd etdiyi kimi, “Sözün xaqanı” tarixi romanını bədii-tarixi səciyyəsi, dil zənginliyi və səmimi təhkiyəsi ilə Sona İsmayılovanın yaradıcılıq uğuru kimi dəyərləndirmək olar: “…Yaş
məhdudiyyəti nəzərə alınmayaraq, roman geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. İnanırıq ki, bu əsər Azərbaycan polifonik romanları sırasında örnək olacaq, öz dəyər və əhəmiyyətini uzun müddət saxlayacaq, hətta gündən-günə artıracaq”.
Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir, həmçinin qədim dövr ədəbiyyatının yaradıcılarından biri olan Xaqani Şirvaninin keşməkeşli ömür yoluna həsr olunan əsərdə təkcə Əfzələddin Xaqani deyil, onun yaşadığı dövrün ictimai hadisələrindən, Şamaxı, Təbriz və başqa şəhərlərdə baş verən hadisələrdən, o cümlədən baş qəhrəmanın müasirlərindən bəhs edilir.
Çeçen Unversitetinin Təhsil fakültəsinin dekanı, Atatürk Üniversiteti Kazım Karabekir Təhsil fakültəsinin Xarici dillər bölməsinin başkanı pofessor Məlik Bülbül Ağrı İbrahimin son söz yazdığı “Sözün xaqanı” kitabında müəllif öz oxucularına bir roman, bir povest və iki hekayə təqdim edir.

Müəllif: Məhəmməd  Nərimanoğlu

YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ