Allah hamısına rəhmət eləsin. Yəqin ki, ədəbiyyat adamlarının çoxuna bu söhbət məlumdur. Duymayanlar üçün. Belə nəql edirlər ki, rəhmətlik Xudu Məmmədovun yaxın dostlarından birinə “Xalq şairi” adı verirlər. Hamı bu şairi təbrik edir, Xudu müəllimdən başqa. Dostu çox özünə təskinlik verir ki, yəqin bu gün təbrik edər, sabah edəcək, günlər keçir. Görür yox e, Xudu müəllimdən səs çıxmır. Əlacı kəsilir, özü söhbət salır ki, ay Xudu (çox yaxın dost olublar…) hamı məni təbrik etdi, tək səndən başqa bu nə məsələdir axı? (Xudu müəllimə də çox hörmət edər, addımbaşı məsləhətlərindən faydalanarmış…) Xudu müəllim soruşur ki, bəs nə olub? Bəlkə xəbərim yoxdur. Dostu yarı ciddi, yarı zarafat xüsusi bir əda ilə cavab verir ki, axırda qağana da ad verdilər… Rəhmətlik Xudu müəllim də yarı zarafat, yarı ciddi qayıdır ki, ay rəhmətliyin oğlu, özün arif adamsan görmüşük, şairin dərisin soyarlar, şairi asarlar, şairi zidana salarlar, şairi gülləliyərlər… İndi ki, ad veriblər, deməli nəsə yolunda deyil… Sən bir yaxşı-yaxşı götür-qoy elə… Allah hamısına rəhmət eləsin…
===================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ